İgid yolda, səfərdə,Ovçu ovda gözəldi.Ayaqlar üzəngidə,Əl cilovda gözəldi.Qar üstünə iz düşər,Ov qrovda gözəldi.Ceyranlar qaçaqaçda,Qovhaqovda gözəldi.Kimə nə faydası var,Lal gəlib, mal getməyin?Alov canın cövhəri,Can alovda gözəldi.Vurul, sevil, sev, yaşa,Belə ömür, belə gün,Belə sevda gözəldi.

2002, 1 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri