Bədr savaşı
Allahıml Mənə verdiyin vədi yerinə yetir. AllahımlBu bir parça müsəlman mücahid həlak olarsa, artıqsənə yer üzündə ibadət edən bir kimsə qalmaz.Hz. Məhəmməd
Həyəcan içindədirqızıl qumlar dəryası,Döyüşlərə səhnədirqədim ərəb səhrası.Bu gün savaş ruhu var,Bədrin təpələrində,Mehin dalğalarında,qumun ləpələrində.Bir tərəfdə Qüreyşi,yenə susayıb qana,Bir yanda Peyğəmbərinməğrur, mübarək səsi.Bir yanda Əbu Cəhlintəfriqəsi, fitnəsi,Bir yanda Allaha dost,Haqqa şərəf olanlar,Bir yanda iblislərə,məkrə tərəf olanlar.Dost yolu Haqqa doğru,düşmən yolu çaş gedir,Bədr həyəcanlıdır,Bədrdə savaş gedir.
Peyğəmbərin yanındaƏbu Bəkr döyüşür,Əbu Cəhlin yanındaƏbu Bəkrin övladı.Qanlı vuruşmalardadost düşmənə çevrilir,Doğmalar bir-birinəolur yadların yadı,Bir yanda oğul durur,bir yanda ata durur,Bir yanda savab durur,bir yanda xata durur.Bir qandan olduqlarıheç yerləşmir ağlına,Əmi qılınc qaldırırqardaşının oğluna.Qüreyşi fikirləşibgedə bilmir dərinə,Kafirliyi qazanırmöminliyin yerinə.Yel də toxuna bilmirPeyğəmbərin tükünə,Qüreyşilər baltanıendirir öz kökünə.Qardaşın güdazınadoğmaca qardaş gedir,Bədr həyəcanlıdır,Bədrdə savaş gedir.Öpür cənnətə doğruuçan könül quşunu,Şəhidliyə can atırPeyğəmbərin qoşunu.Mühaciri, ənsarısevir çərxin gərdişi,Min nəfərin önündəçarpışır üç yüz kişi.Hər əlində bir qılınc,Həmzə yarır səfləri,Əl titrəmir, qol əsmir,düz vurur hədəfləri.Ön səfdə, ön cərgədəvuruşur Həzrət Əli,Qəhrəmanlıq zirvəsi,qəhrəmanlar məşəli.Allah özüdü burdahəqiqətin şahidi,O özüdü qoruyanqazini, mücahidi.Hər qılınc sıyrılandabədəndən bir baş gedir,Bədr həyəcanlıdır,Bədrdə savaş gedir.
Qoyur, gözündə qoyurilqarını, əhdini,Tanrı qəbul eləmirƏbu Cəhlin cəhdini.Düşmənə göz dağıdırtarixin bu savaşı,İki ənsar əlindəkəsilir onun başı.Əbu Cəhl öldüsə,döyüşlərin sonudur,O, islamın qənimi,“ümmətin fironu”dur.O idi Peyğəmbərətükənməz kin bəsləyən,O idi müşrikləriqan tökməyə səsləyən.O idi Mədinəyəqoşun çəkən Məkkədən,O idi Yaradanaşərik qoşan, şəkk edən.
O idi Peyğəmbərinölümünə can atan,O idi küfrü, məkribeyinlərə həkk edən.Uduzur qəvi düşmən,qaçır çöllərə doğru,Allah açır islamaHaqqa gedən yolları.Axırzaman günüdürAllaha asilərin,Ayağının altındantorpaq qaçır, daş gedir,Bədr həyəcanlıdır,Bədrdə savaş gedir.
Gözdə Allahın nuru,dildə “Allahu-Əkbərl”,Qalib gələn inamdı,zəfər çalansa əsgər.Əsgər mələk donunda,mələk əsgər donunda,Dağ da, daş da, külək dədöyüşən ər donunda.Darda Cəbrayıl çatırimdadına islamın,Allahdandı qüdrətibu polad izdihamın.Qəbul olur namazdaPeyğəmbərin duası,Daha da işıqlanırkönüllərin ziyası.Şəhidə sovqat verirQuranın avazını,Qılır şəhidlər üstəcənazə namazını.
Peyğəmbər Mədinəyəxoş soraqla qayıdır,Haqqa güvənən kişiyenə haqla qayıdır.Düşmənə bir dərs olurhaqqın gurlayan səsi,Beləcə başa çatırBədr müharibəsil
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-bedr-savasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kim biganə baxa bilər bu doğranmış budaqlara,Solub getmiş diləklər var solan yarpaqlar altında.
Ömrün yollarıAllah! Ömrün yolları nə daşlı-kəsəklidi,Addımbaşı yolumda qar gördüm, şaxta gördüm.
Barışmaram“Barış” – deyib gülümsəmə mənə sarı,Mən başımı yaran daşla barışmaram!
Səbr eyləməDüşün, qardaş, öyüd səni aldatmasın,Düzün tərsə yozulanda səbr eyləmə!
Başqa şairlərin şeirləri · İlahi eşq
به زر و سیم خَرَد عشقِ بتان مردِ لئیم
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiyaMən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.
XoflanmaSözün ziyanı yox, sazın ondan çox,Sənətkar görəndə xoflanma bir də.
Aşıq Valehin şair Abdulla Canızadəyə cavabıSəfi, naməhrəmi-dərgah dəri-Heydərdir,Yoxsa lənət ona gəlsin, bu nə şou-şərdir.