Yaşayacaq bu dünya Məhəmmədin eşqinə
Ya Peyğəmbərl Kafirlərə qarşı (qılında), münafiqlərəqarşı (sözlə) vuruş. Onlarla sərt rəftar et. Onlarınməskəni Cəhənnəmdir. Ora necə də pis sığınacaqdırl(“ət-Təhrim” surəsi, 9-cu ayə)
Qan axır, qanlMin illərdir qanlar axırmilyonların yarasındanlİlk axan qanHabil-Qabil arasındadüşən qandı,Ürəkləri sızıldadıb,könülləri deşən qandı.O zamandan bu zamanaÜz-üzədi xeyirlə şər,Hey vuruşur, hey əlləşir,Xilas yolu tapmır bəşərlMin illərdi vuruşuruqiblis ilə, şeytan ilə,Vuruşuruq şeytanlarınat çapdığı meydan ilə.Bu dünyaya mənim dinimkişi verib, müdrik verib, igid verib,Din yolunda qalib islam ordularıgör nə qədər şəhid verib.Tarixlərin yaddaşındaNeçə-neçə Bədr, Ühüd,neçə Xəndək davası var,Saf əqidə, inam,məslək davası var.
Bu yerlərdə Allah özüvuruşurdu bütlər ilə,Yaradanı dərk etməyənağlı, beyni lütlər iləlMələkləri göndərmişdiİslam adlı ordum üçün,Məhəmmədə yardım üçün.
Şəhidlik zirvəsinəöz ömrünü verənlərHaqqa ürəklə verdi,Yaradanın adıyla,təmiz diləklə verdi.Tanrının kitabınaTanrı özü yazırdıŞəhidlik zirvəsinəqalxıb ucalanlarılKəlməbaşı Allahıyadına salanlarılZamanın yaddaşındaəbədi qalanlarılDin və iman yolundaHəzrəti Həmzə şəhidlHəzrəti Ömər şəhidlHəzrəti Osman şəhidlÇəkdikləri dərd-ələm,gördükləri qan, şəhidlDüşmən işə salandaqatil Əbdürrəhmanı"",Pozuldu yer üzününsəliqəsi, sahmanı.Məscidə töküləndəİmam Əlinin qanı,Bu inanılmaz xəbərQəfil zəlzələ kimisilkələdi dünyanılBədəndən ayrılandaİmam Hüseynin başı,Sızıldadı MəkkədəKəbənin qara daşılYaradanın yolundan,Məhəmmədin dinindən“Dönl” dedilər, dönmədilYezidə beyət gətir,“Enl” dedilər, enmədilSındırmaq istədilərƏli yadıgarını,Peyğəmbər nəvəsini,“Sın!” dedilər, sınmadılÖzünün qəlbindəkigur ocağa tapındı,Özgənin istisinəəl açıb qızınmadı.O vaxtdan bu zamanaharda olursa olsun,İslam şəhidlərininməqamı cənnət olur,Müşrikin, münafiqinqazancı lənət olur.Kim cəhənnəm etdisəbu dünyada cənnəti,Qiyamət günündə dəcənnətə həsrət olur.Düz min dörd yüz ildi ki,Davam edir şəhidlikiman və din yolundalHəzrəti Peyğəmbərin —Məhəmmədin yolundalHeç kəs geri çəkilmir,Ölməyi şərəf bilir,bu əzabın yolunda,Allah kəlamı olanbir kitabın yolundalMənim PeyğəmbəriməQılıncla vuruş deyən,ey mənim uca TanrımlSənsən bizi qaldıranhər taxta, taca, Tanrım)Bu qədər şəhid olub,bu qədər can vermişik,Nə qədər cavanlarıhaqqa qurban vermişik.Orucunu tutmuşuq,namazını qılmışıq,Sənə iman gətirib, biz sənə qısılmışıq.
Bəs niyə sona çatmırfəryadımız, ahımız?Niyə ürəyimizcəaçılmır sabahımız?Niyə gülmür üzümüz?Niyə qana bələnibgecəmiz, gündüzümüz?Həm Rəhmansan, həm RəhimliÖzün başa sal bizi,Harda səhv eyləmişik,hardadı günahımız?Səda gəldi Tanrıdan,dedi: “Al cavabınılMəndən sənə deməkdir,özün çək hesabınıl“Müsəlman müsəlmanınqardaşıdırl” demişdim,Sən öz din qardaşınaqardaş ola bilmədinlGözləri ağlayanda,qaşları çatılanda,Bir gərəksiz daş kimiçöllərə atılanda,Nisgilinə, dərdinəsirdaş ola bilmədinl“Qonşun ilə hər zamanmehriban o!” demişdim,Sənsə küsülü qaldın,mehriban olammadın.Sənə insan demişdim,sən insan olammadın,“Verdiyim hər nemətəşükür eyləl” demişdim,Şükranlıq nə deməkdi,şükür nədi, bilmədin.Ancaq dara düşəndəyada saldın sən məni,Mənim adımla bağlızikr nədi, bilmədin.Bir insanın taleyisulara qərq olandaDərdə şərik olmadın,fikir nədi, bilmədin.Dinin islam olsa da,sən müsəlman olmadın.Sən Əbuzər” olmadın,Salman Farsi”? olmadın.Heç vaxt bir yerə gəlmiriki qardaşın sözü,Ağıla nə verəcəkağılsız başın sözü?Quranı yandıranda,Məscidi uçuranda,Şeyxi güllələdəndəBilmədinmi qarşınaçıxacaq etdiklərin?
Elə sən ağıldadısənin yol getdiklərin.Bəndələr unutsa da,bunu Tanrı unutmaz,Allah ilə şeytanınheç vaxt dostluğu tutmaz.Ona görə təqsirin,günahların yuyulmur,Sənin baxışlarındaşeytanlar at oynadır,müsəlmanlıq duyulmur.Müşriklər ona görəayaq açır üstünə,Baxıb-baxıb həzz alır,dumanına, tüstünə.Mən sənə demədimmi,“Heç vaxt gözün olmasınyetimlərin malında”,Sənsə qan sora-soraÜzürsən sağdan-solaHaram yolla yığdığınharam cah-calalında.Mən sənə demədimmi:“Zinakarlıq eyləməbir qıza, bir qadınal”,Tutdun öz bildiyini,mən düşmədim yadına.Mən sənə demədimmi,“Şərik qoşma Allahal”,Get indi yer üzündəKimə “Allah” dedinsə,ona arxalan dahalMən nə qədər dedimsə,Anlamadın Quranı,dinləmədin azanı,Elə ona görə dəalmalısan cəzanılBəlkə elə ona görəduman çökür gözlərinə,Bu gün hara baxırsansa,axan müsəlman qanıdır.Yollar boyu, çöllər boyuşırhaşırla axıb gedir,Deyən yoxdu: “Bir dayanın,bu axan insan qanıdırl”Yüz-yüz ölür, min-min itir,zor gücünə öldürülür,Elə bil ki, insan deyil,tökülən heyvan qanıdır.Dilə hücum, dinə zərbə,ruha basqı vermir aman,Beyninizə sızan qanlarkönül qanı, can qanıdır.Yer üzünün harasındatorpağı qızaran görsən,Ya bir türkdü, ya bir ərəb,ya da bir əfqan qanıdır.Sizi sizlə vuruşduran,qanınızı qarışdıranİçinizə çoxdan girmişməkrli şeytan qanıdır.Hələ mən bu dünyanıbelə yaşadıramsa,Darda qalan kəslərindadına çatıramsa,Ay öz vaxtında doğub,vədəsində batırsa,Günəşin nur saçmağahələ gücü çatırsa,Son ümid bağlarınımən kəsib atmıramsa,Qiyaməti gətiribBəşər deyilən kəsinsonuna çatmıramsa,Yaşayacaq bu dünya!Mənə iman gətirənşəhidlərin eşqinəlŞəhidliyin şahidişahidlərin eşqinəlŞəhidlərin çəkdiyihər əzabın eşqinəlQuran adlı müqəddəsbir kitabın eşqinəlYaşayacaq bu dünya!İman və din eşqinəlPeyğəmbərlik verdiyimMəhəmmədin eşqinəl1T”
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yasayacaq-bu-dunya-mehemmedin-esqine
← → düymələri ilə keçid, R — təsadüfi şeir