Mənim ömrüm bir nəğmədi, oxunur,Mənim ömrüm bir xalıdı toxunur.Nəğmədə də, xalıda da işıq var,Günlərimin çoxu işıq, çoxu nur.

Mənim ömrüm birlə yüzün arası,Bütövündən qalıb ancaq parası.Əlli keçib, altmış hələ qabaqda,Gətirmədim heç kəsə üz qarası!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri