Gəlmişəm
Alıb çiyinlərimə ömür adlı bir yükü,Qışdan yaza çıxmışam, yazdan yaya gəlmişəm.Yağış kimi hopmuşam torpağın ciyərinə,Süzülüb çeşmələrə, axıb çaya gəlmişəm.
Şimşəklə, ildırımla döyüşüm, davam olub,Könlümdə tufanlarım, başımda havam olub.Qarlı zirvə, dağ döşü, mənim ilk yuvam olub,Gülləri-çiçəkləri saya-saya gəlmişəm.
Dən-dən olub, ələnib, ələyindən keçmişəm,Çərxində fırlanmışam, fələyindən keçmişəm.Beşiyindən çıxmışam, bələyindən keçmişəm,Haqqın mənə verdiyi haqqı-saya gəlmişəm.
Ağladım, gözlərimin yaşını sildi dünya,Qədir ağacı əkdim, qədrimi bildi dünya.Mən ki doğulmamışdım, mənim deyildi dünya,Dünya mənim olanda mən dünyaya gəlmişəm.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-gelmisem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə umdumsa öz haqqımdan ummuşam,Gərək məni haqq anlaya, haqq qana.
Bu dünya əbədi dirilərindiZərrələr Günəşin, damlalar suyun,Xırdalar həmişə irilərindi.
Zəlimxan səs verir haqqın səsinəNecə vurulmayım bu cəhcəhlərə,Dünya, mən baharam, mən yazam, — deyir.
Bizə dərk eyləmək qalırHərdən mənə elə gəlirHər şey deyilib,
Başqa şairlərin şeirləri · İlahi eşq
Çıxmaz dili-zarımdan o rüxsar xəyalı,Bülbüldə əcəbmi ola gülzar xəyalı?
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Ən böyük faciə nə zaman olur?Xəsis — səxavətdən,Qəddar — ədalətdən,
Qara gözlərO gündən beş ildir tamam,Oruc tutmam, namaz qılmam