Zəlimxan səs verir haqqın səsinə
Necə vurulmayım bu cəhcəhlərə,Dünya, mən baharam, mən yazam, — deyir.Hər süzülən sünbül, hər açan çiçək,Mən ərkəm, sevgiyəm, mən nazam, — deyir.
Heyranlıq yaradan, heyran qalan var,Gözəllik önündə seyrə dalan var.Nə ki yer üzündə qanad çalan var,Şahinəm, Şonqaram, Şahbazam, — deyir.
Allahın eşqiylə çağlayır bulaq,Tanrı duasıyla tərpənir dodaq.Kökünün üstünə əyilən budaq,Torpağa qılınan namazam, — deyir.
Ucalır zilinə, enir pəsinə,Haqq əli toxunur hər pərdəsinə.Zəlimxan səs verir haqqın səsinə,Mən taram, kamanam, mən sazam, — deyir.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-zelimxan-ses-verir-haqqin-sesine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sənin ki məskənin dağlar başıdı,Sən ki öyrənmisən hündürə, qartal.
Ucal qanadında bu nəğmələrinSənə ki yaradan güc-həvəs verib,Tanrıdan pay olan bir həvəs verib.
YolYola çıx, yola çıx,Yolları yollara dola, çıx!
Gecələrin sayıNeçə gündü içimdə bir qaranlıq gecə var,Üzünə daş yamanıb, doğmur Ayı, Günəşi.
Başqa şairlərin şeirləri · Eşq
Afaqı tutdu gün kimi yarın gözəlliyi,Məhv etdi mehr ü mahı nigarın gözəlliyi
Bənim tanrımHər qulun cihanda bir pənahı var,Hər əhli-halın bir qibləgahı var,
BülbülQalxıb havadən gedirsənDolanırsan bağı, bülbül
Qəzəlin tərifiQəzəl – Şərqin incisi!Qərb inciyir, incisin!