Ucal qanadında bu nəğmələrin
Sənə ki yaradan güc-həvəs verib,Tanrıdan pay olan bir həvəs verib.Sənin ki səsinə göylər səs verib,Sevgisi yerlərdən göylərdən dərin –Ucal qanadında bu nəğmələrin!
Sığalı, naxışı, mərməri, tülü,Təzə bir dünyadı hər səsin gülü.Ruhunla sığalla, oxşa bülbülü,Bağlar zümzüməli, bağçalar sərin –Ucal qanadında bu nəğmələrin!
Gah zili xoş gəlir, gah da ki pəsi,Haqq sevər nəğmələr yaradan kəsi,Gəlin qəhqəhəsi, gözəl cilvəsi,Qoşa qanadıdı kişinin, ərin –Ucal qanadında bu nəğmələrin!
Hər nəğmə haqq sözü, Quran ayəsi,Söz varı-dövləti, həm sərmayəsi.Tanrının nəzəri, haqqın sayəsi,Qıra qanadını böhtanın, şərin –Ucal qanadında bu nəğmələrin!
Dünyada nə qədər ah çəkən olub,Məcnun bəxtəvərin ahı başqadı.Dünyaya nə qədər şah gəlib-gedib,Sevginin sultanı, şahı başqadı.Baş vermə ötəri parıltılara,Ömrü beş günlükdür sərvətin, zərin.İnsan avazında Allah eşqi var,Ucal qanadında bu nəğmələrin!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ucal-qanadinda-bu-negmelerin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Eşqimi qəlbimdə saxlayammadım,Çiçəyə sirr açdım, çəmən eşitdi.
Sən bilərsənMən kim idim, neyləmişdim səndən ötrü,Balıq bilməz, xaliq bilər, sən bilərsən.
Zəlimxan dünyaya təzədən gələrKönül məclisində sən görünəndə,Söz meydən süzülər, məzədən gələr.
Sevgi adlı şaha QurbanMən insanam – Allah mənim,Adəm mənim, Nuh mənimdi.
Başqa şairlərin şeirləri · Eşq
Ürəyimi eləyib qanAğlama Nigar, ağlama...
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
MərdMənim bu müşkül dərdimə kim dözüb dayana mərd,Qəvvas kimi qərq olmuşam dəryayi-ümmana mərd.
وقت سحر، به آینهای گفت شانهایکاوخ! فلک چه کجرو و گیتی چه تندخوست