Zəlimxan dünyaya təzədən gələr
Könül məclisində sən görünəndə,Söz meydən süzülər, məzədən gələr.Dilindən nə çıxsa, məst eylər məni,Sanaram şərabdı, kuzədən gələr.
Sevgi çəmənində naxış olarsan,Ömrümə bir nurlu baxış olarsan,Səhrayam, qoynumda yağış olarsan,Söhbət sünbüllənər, sözə dən gələr.
Duman dağlarımı bürümüş olsa,Fələk dam-daşımı kürümüş olsa,Zəlimxan torpaqda çürümüş olsa,Dirilər, dünyaya təzədən gələr.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-zelimxan-dunyaya-tezeden-geler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Millətə can-can deyir,Zülmətə qan-qan deyir.
Səadət ButayaMüasir Azərbaycan poeziyasında, qadın şairlər arasında*şeirinin ahəngi, dərdinin rəngi ilə seçilən şairə bacımızdı Səadət*
Nəvələr böyüdən vaxtımız gəlirSahibə xanıma*Dünən yaz günüydük, səhər mehiydik,
Nəvəm TuranaEvdən ayrılanda beş-on günlüyə,Məni bir cazibə evə çəkərmiş.
Başqa şairlərin şeirləri · Mey və meyxana
Məhsəti GəncəviXalqın başında gər olsan da bir tac,
Saqi xumari-eşqəm, bir mey gətir, amandırSaqi xumari-eşqəm, bir mey gətir, amandır,Həsrət və intizarəm, halım yenə yamandır.
بیا، که صفهٔ ما بوریای میکده بسبه خورخانه نسیم هوای میکده بس
Bu, saqidin tələb qılmaq durur keyfiyyəti-baqiSaqi, dur açub dəri-səvabi,Sal gərdişə sağəri-şərabi.