Nəvəm Turana
Evdən ayrılanda beş-on günlüyə,Məni bir cazibə evə çəkərmiş.Bütün babaları öz ocağına,Nəvə çağırarmış, nəvə çəkərmiş.
Yatırmı, dururmu, neyləyir indi?Başı öz işinə qarışan nəvəm.Küsəndə titrədib dodaqlarını,Güləndə yanağı qırışan nəvəm.
Tanrı naxış vurub bu yaraşığa,O, gülə çevrilib, mən sarmaşığa.İncə gülüşləri dönüb işığa,Göydə ulduz kimi sayrışan nəvəm.
İlahi, min şükür, babayam indi,Könlüm bu eşq ilə dindi, nə dindi.Yağdan da, baldan da min qat şirindi,Yarı gül, yarı bal, yarı şan nəvəm.
Sağlam toxum görüm, sağlam dən görüm,Ruhu oynaq görüm, qəlbi şən görüm.Bütün nəvələri sevinən görüm,Olmasın heç zaman pərişan nəvəm.
Çiynimə dırmanan, başıma çıxan,Küsdürsəm, gözünün yaşını sıxan,“Babam hanı?” – deyib yollara baxan,Məni anasından soruşan nəvəm.
Nə ayrılıq ola, nə həsrət ola,Adının mənası həqiqət ola.Turan dünyasına bir şöhrət ola,Öz haqqı uğrunda vuruşan nəvəm.
Dərdi. bir sevdiyi barı Zəlimxan,Neyləyir sərvəti, varı Zəlimxan.Yarı Məhəbbətdi, yarı Zəlimxan,Bizə salxım kimi sarışan nəvəm.
Təsəlli yeridi təkin, yalqızın,Babalar nəvəsiz, gör, nələr çəkir.Başı qarışanda oğulun, qızınBizi evimizə nəvələr çəkir.
2001, 17 yanvar Altıağac
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-nevem-turana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Tanrıdan uzaqlaşdıqca insanlarqanadsızlaşır, qəddarlaşır onlar,
Müstəzad: Ey dil, gecələr sübhə dəkin yar eşiyindəEy dil, gecələr sübhə dəkin yar eşiyində — Əfqanə yetişdik,Rəhmi yox olan kafiri-bimar eşiyində — Sən cana yetişdik,
Ey pəriyi-istiğna!Hicrin misalı canımı yandırdı vüslətin,Hirani-eşqdirmi behişti təbiətin?
TohidBu nə heyrətfəza səmayi-rəfi?Bu nə biintəha fəzayi-vəsi?