Peyğəmbər inamı mənə tanışdı
Haqqın vergisinə minnətdaram mən,Tanıdım ruhuma sızanda şeiri.İçindən Allahın qüdrəti çıxır,Qara torpaq kimi qazanda şeiri.
Peyğəmbər inamı mənə tanışdı,Haqqa inanmamaq bir aldanışdı.Nənəm pıçıldadı, babam danışdı,Duada, namazda, əzanda şeiri.
Dərdin dizlərini bükə bilirəm,Ümid körpüləri tikə bilirəm,Dünyanı özümə çəkə bilirəm,Özümə çəkilib yazanda şeiri.
2003, 4 aprel
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-peygember-inami-mene-tanisdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dedilər Bakıdan qonağın gəlir,Söz gəzdi dodaqdan-dodağa, Təbriz.
Şəhriyar qəzəliHaqdan ilham alanların meyvə sözü, bar qəzəli,Yazdırır haqq aşiqinə ismət ilə ar qəzəli.
TəcnisŞair dərdi nə dilbilməz olurmuş,Necə deyim, divar, anla; divar, qan.
Xatirəyə dönəcəksənXatirəyə dönmək üçünölmək hələ bəs eyləmir.