Şəhriyar qəzəli
Haqdan ilham alanların meyvə sözü, bar qəzəli,Yazdırır haqq aşiqinə ismət ilə ar qəzəli.
Arı ilə çiçək kimi öpüşür dodaq-dodağa,Diqqət eylə, necə çəkir qəzəl tarı, tar qəzəli.
Xanəndənin nəfəsindən bal süzülür dodaqlara,Ruhlara şərbət dağıdır yar qoşması, yar qəzəli.
Dilində söz, qəlbində köz, ruhunda meydan gətirər,Məclisi-meyxanə üçün hər şairin var qəzəli.
Gün nə qədər dəyir dəysin, qaralda bilməz ağlığı,Nazlı yarın sinəsində qərar tutub qar qəzəli.
Dedim bu gün yar eşqinə əyləşim bir qəzəl yazım,Zəlimxanı sehrə saldı Ulu Şəhriyar qəzəli.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sehriyar-qezeli
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xudu Məmmədovun xatirəsinəXalqın sırasından getdi,
Əlli yaşın dastanıNigaran, narahat bir sualım var,Görəsən, məndəki bu təlaş nədir?
Hardan gəlir ZəlimxanHardan gəlir Zəlimxan, anasının südündən,Atasının insanı yüksəldən öyüdündən.
Sizə hardan deyim...Sizə hardan danışım, əzəl başdan binadan,Mübarək bir atadan, müqəddəs bir anadan.
Başqa şairlərin şeirləri · Eşq
Allah, Allah, bu bütün hansı könül xanəsidir?Hansı bir bəxtəvərin sevgili cananəsidir?
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
QalmışamAy ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.
Onun vəfatı tarixiSöylədi tarixiniOna tapan bir ozan