Sizə hardan deyim...
Sizə hardan danışım, əzəl başdan binadan,Mübarək bir atadan, müqəddəs bir anadan.Atamın dünya boyda qəlbi, ürəyi vardı,Elin ağır yükünü çiynində qaldırardı.Yerişi sərt, özü mərd, addımları qətiydi,Kişilər yaraşığı, mərdlik səltənətiydi.Xeyirdə də, şərdə də görərdilər boyunu,Onsuz keçirməzdilər elin bircə toyunu.Hər məclisin başından onun səsi gələrdi,Səsində yerin, göyün zəlzələsi gələrdi.Əqidəsi dosta dost, düşmənə düşmən idi,Hər ağır iş, çətin gün saçında bir dən idi.Hesab müəllimiydi, bilirdi hesabını,Savadlı şagirdlərin başına and içərdi,Savadsızın illərlə çəkərdi əzabını.Kim hansı məsələni dolaşdırıb qalanda,Ondan öyrənərdilər ən dürüst cavabını.Peyğəmbəri müəllim, Məkkəsi məktəb idi,Ən gözəl kitabları sevə-sevə oxumaqOnda lap körpəlikdən adət idi, dəb idi.Anamı kədər üstə kökləmişdi Yaradan,Qaçammırdı fikirdən, çıxammırdı qaradan.Ömrü boyu qəlbini qəmli, təlaşlı gördüm,Dilini bayatılı, gözünü yaşlı gördüm.Nə atası, anası, nə qardaşı varıydı,Talan olmuş ürəyi, dərdli başı varıydı.Başında yuva salan yetimlik havasıydı,Dili də, ürəyi də bayatı yuvasıydı.
Bir at mindim başı yox,Bir çay keçdim daşı yox.Burda bir qərib ölüb,Qohumu, qardaşı yox.
Əzizim, mən də yetim,Sən yetim, mən də yetim.Sən yetdin mətləbinə,Səs elə, mən də yetim.
Qar daşı,Qarlı dağdan qar daşı.Xəstə könlü qar istər,Mənim könlüm qardaşı.
Fikri qəmin, həsrətin aranında, dağında,Nağıllar sinəsində, dastanlar dodağında.İpə-sapa düzürdü ömrünü, həyatını,Necə sığışdırırdı bir sinənin altınaBu qədər rəvayəti, bu qədər bayatını?Bir-birinə can deyən,Bir-birinin dərdinəSöz qoşan, dastan deyən,Mən bu iki varlığın vəhdətindən yarandım,Südündən, mayasından, qeyrətindən yarandım.Mən gələndə dünyaya,Allah mənim bəxtimə sevinci, qəmi yazdı,Əsrin tən ortasında mənim təvəllüdüməÖz mübarək əliylə əlli rəqəmi yazdı.İlahidən payımaBir əsrin içindəki ikinci əlli düşdü,Taleyimə, bəxtiməÜmid, həsrət, ayrılıq, sevinc, təsəlli düşdü.İstəkli müəllimim öz doğma atam oldu,Mənim nəzərlərimdəHər kəlməsi bir çıraq, hər sözü bir şam oldu.Yaxşı oxuyan uşaq gözlərinin nuruydu,Əla qiymət alanlar şərəfi, qüruruydu.Bütün həyatı boyu yaxşıları axtardı,Yaxşıları gəzdi o.
Elm oxumaq naminəDoğma balasına da güzəştə getməzdi o.Gör, yadıma nə düşdü,Heç vaxt unutmadığımCanlı bir səhnə düşdü.Adicə bir misalı hə! edə bilməmişdim,Qulağımın dibindən elə dəydi şilləsi,Elə bildim hardasa atıldı top gülləsi.Qəfil bir səs başımda çaxdı ildırım kimi,Əlinin yeri qaldı üzümdə şırım kimi.Sonralar şeirə döndü atamın sərt şilləsi,Mən o şillədən aldımYerə-göyə sığmayan eşqi, gücü, həvəsi.
Qanımda anamın qaynar nəfəsi,Qəlbim oğulların sırasındadı.Atamın vurduğu şillənin səsi,Şeirimin ən güclü misrasındadı.
Şillə mənə deyirdi:Aldığın bu şapalaqHəmişəlik qoy olsun qulağının sırğası.Qoy, səni sarsıtmasınTorpağın zəlzələsi, dənizin qasırğası.
Şillə mənə deyirdi:Dilin, dilçəyin olsun, danışanda titrəmə,Kişi kimi addım at, yeriyəndə büdrəmə.Görüb ömür yoluna yağan qarı, dolunu,Həftədə bir dəyişmə əqidəni, yolunu.
Şillə mənə deyirdi:Meydan vermə pislərə,Düşmən ol rəzillərə.Qənim ol xəbislərə,Rəzillər, yaramazlarTarix boyu ləkədi ən müqəddəs hislərə.
Şillə mənə deyirdi:Yaxşıları başında şöhrət elə, tac elə,Yarasına məlhəm ol, dərdinə əlac elə.
Şillə mənə deyirdi:Sabaha bax, sabaha,Sabahın yollarında inamla addımlamaqDaha çətindir, dahalBu millətin əzəldən düşməni çox, dostu az,Başın ayıq olmasa,Ruhun oyaq olmasa,Hər oğul bu millətəArxa, dayaq olmasa,Milləti millət kimi,Dövləti dövlət kimiDuruş gətirə bilib,Bircə gün də yaşamaz,Bircə gün də dayanmazl
Şillə mənə deyirdi:Adicə bir misalı hə! edə bilmədinsə,Necə hə! edəcəksənSabah qarşına çıxanƏn çətin misalları?Zamanın gərdişindən başı çıxmayanlarınDəymişi dura-dura töküləcək kalları.Eşidən olacaqmı çağıranda səsini,Necə hə! edəcəksənİki yüz ildən artıqİşi düyünə düşmüş,Yaman bir günə düşmüş,Hələ dilində qıfıl, hələ əlində qandal,Qolu bağlı, gözü kor, qulağı kar, dili lal,Cənub məsələsini, Təbriz məsələsini?
Oxu bu bayatını,dürüst qur həyatını:Ağ dəvə düzdən gedər,Yükü Təbrizdən gedər.Təbriz dərdə düşübdü,Dərmanı bizdən gedər.
Ərən dağlar,Uzağı görən dağlar.Xoyda bir igid ölsə,Yasında Mərənd ağlar.
Şillə mənə deyirdi:Tanıya bilmədinsə, düşmənini, dostunu,Öyrənə bilmədinsə, düşmənlərin qəsdini,Adicə bir misalı hə! edə bilmədinsə,Toplamalar, çıxmalar, bölmələr sınağındaAddımbaşı büdrəyib, çox gedə bilmədinsə,Bir adı rus, erməni, bir adı fars olanlar,Mənim xalqıma qarşı həmişə tərs olanlar,İştahası İstanbul, Təbrizlə Qars olanlar,Dişlərini qıcayıb qanıma susayanlar,Canımı ət parçası, qanımı su sayanlar,Hürürsə həftədə bir yenə bizlərə sarı,Bildiyini edirsə siyasət dəllalları,Çək saysız ağrıların çəkilməz əzabını.Özgələri gözləmə,Kəmfürsət alçaqların özün ver cavabını.
Şillə mənə deyirdi:Neçə ki, Şuşa, Laçın, Kəlbəcər sənin deyil,Haqqın yoxdur yatmağa,Borclusan yatanlarıAstagəl bir səslə yox,İsrafilin suruyla yerindən oynatmağa.
Sənin taleyin üçünQarabağ bir məsələ,Zəngəzur bir misaldı.Bu müdhiş sualların cavabını tapmadıq,Boynumuz da gödəldi, dilimiz də qısaldı...
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-size-hardan-deyim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Uzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
Şiələr, qanə batıb ol şəhi-lövlak bu günŞiələr, qanə batıb ol şəhi-lövlak bu gün,Fatimə başın açib, sinə elər çak bu gün.