Dolaşıq aşırımlar
Vüsala can atdım mən ömrüm boyu,Yapışdı yaxamdan hicranın əli.Yas oldu yurdumun çalınan toyu,Pis gəldi, nəs gəldi əsrin əvvəli.
Üçrəngli bayrağı əlimdən alıb,Yerinə qırmızı bir bez taxdılar.Məni təpiklərin altına salıb,Oda qaladılar, közə yaxdılar.
Doxsanın yanvarında tankla, topla gələnlər,İyirminci illərdə qılıncla, qanla gəldi.Yox, bu əsrin ayağı millətimə düşmədi,Gələn “inqilab” dedi, gələn üsyanla gəldi.Bu üsyan, bu inqilab ağır qapaza döndü,Dalbadal başımızda çaxdı ildırımları.Ən böyük arzuları bircə gecədə söndü,Tale qürbətə saldıMəhəmməd Əminləri, Almas İldırımları.
Dilində yalan şüar, qəlbində gizli nifrət,Torpağa qan, xalqa dərd, yurda ləkə gətirdi.Leninin fitfasıyla qurulan bu məmləkət,Müstəqillik vermədi, müstəmləkə gətirdi.
Adını qoysalar da qoca Şərqin Lenini,Doktor Nərimanı da yaxşıca aldatdılar.Şəhərini, kəndini, obasını, elini,Bir keçi qiymətinə erməniyə satdılar.
Nə gördü vətənimin ən böyük vətəndaşı,Özünü yandırdılar qaladığı ocaqda.Stalinə məktubu qan içində göz yaşı,Öldürüb, dəfn etdilər torpağından uzaqda.
Ölkələr qan ağladı bir insanın əlindən,Göz yaşları içində axan xalqın qanıydı.Nələr çəkdi o dövrün, o zamanın əlindən,Mirzə Cəlil millətin ağrıyan vicdanıydı.
Sabir — çaxnaşma, vulkan, Sabir — qasırğa, tufan,Ciyər vərəm bağladı əlli yaşı çatmamış.Hələ heç bir zəlzələ Sabir nəfəsi qədər,Ürəklər silkələyib, beyinlər oyatmamış.
Qamətimiz düzəlmir Müşfiq nakam gedəndən,Bir gecənin içində qanına qəltan oldu.Ayırdılar sevgidən, sevgilidən, Vətəndən,Böyük Əhməd Cavadın sinəsi şan-şan oldu.
Namərdlər at çapırdı, mərdin meydanı dardı,Biz nə saymaq istədik, gör, bir fələk nə saydı.Şekspir qüdrətiylə Hamletlər yaradardı,Otuzuncu illərdə Cavid tutulmasaydıl
Bir də doğulacaqmı, nə bilim, nədən bilim,Qoruya bilmədilər Üzeyir tək dahini.Kəsildik parça-parça, doğrandıq dilim-dilim,Çağıra da bilmədik tanrını, ilahini.
Qadağalar, həbslər, işlər çətindən çətin,Ömür-gün yollarında döyüş olub, cəng olub.Kimlər açıb yolunu qorxunun, xəyanətin,Vurğun əlli yaşında nə üçün xərçəng olub?
Otuzuncu illərin alovundan çıxmamış,Məmləkətə 41-in qanlı davası gəldi.Qara xəbər donunda qapıları kəsdi qış,Hər evə, hər ocağa ölüm havası gəldi.
Döndü qara kağızlar tökülən xəzəllərə,Yarpaqların sayı var, kağızların sayı yox.Nə deyəsən gözləri yol çəkən gözəllərə,Silahın ürəyi yox, düşmənin vicdanı yox.
Tərs kimi bir işimiz avandına getmədi,Kəsdi Heydər Hüseynov bağda öz damarını.O, təkcə öz ömrünə, özünə qəsd etmədi,Kəsdi fəlsəfi fikrin fəlsəfi damarını.
Birini susdurdular, birini asdırdılar,Birini döyə-döyə laxta qan qusdurdular.Qriqoryanlar fitfası, Markaryanlar əliyləBir gecənin içində minləri susdurdular.
Əlli il millətimin qara tale günləri,Bir əsrin tən yarısı qanda-qadada getdi.Dalbadal yasa döndü toyları, düyünləri,Neçə-neçə nəsillər günahsız bada getdi.
Qanadlı arzuların yoldular qanadını,Kişilərin həyatı ağır bir gündə keçdi.Göstərdilər qürbətin “ləzzətini”, “dad”ını,Mənim öz nəslimin də ömrü sürgündə keçdi.
Biz qələbə çalanda “Allaha şükür” dedik,“Ey insan, daha qorxma, dövranını sür”, — dedik.“Çıxmışıq azadlığa, qovuşmuşuq şadlığa,Qəm-kədər qarşımızda boynunu bükür”, — dedik.
Biz haradan biləydik,Qan üstündə qurulan bu boyda bir ölkəninQuruluşu da saxta,Qələbəsi də saxta,Varlığı da saxtadı.Biz haradan biləydik,Bu xalqın görəcəyi nəs günlər qabaqdadı.Bir haradan biləydik,Böyük şüarlarımız bir gün boşa çıxacaq,Qapımızın ağzında yal içib yallananlarYağlı tikə görəndə hoppanıb, tullananlarAğlımızın ucundan,Dönüb ev sahibinə, gəlib başa çıxacaq...
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-dolasiq-asirimlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Olub əfradi-millətdən bu gün təşkil bir məclis,Nə dadlı meyvəpərvərdir görün bustani-hürriyyət,
YaşadımSadiqlikdi, səxavətdi sənətim,Gur məclisdə, ağır eldə yaşadım.
Qafqaz müsəlmanlarına xitabƏssəlam, ey əhaliyi Qafqaz,Ey rəisani-sahibül-ezaz!
Kitab satılmazHər bir təzə kitab təzə bir çiçək,Yaxşı kitabın da carçısı gərək.