DOST SAZl DİLLƏNİRDİ

Payızın son ayının ilk günlərində Almaniyanın Bilefild şəhə -rində şair dostum, Aşıq Ələsgər yaradıcılığının tədqiqatçısı, folk -lorşünas alim Nizaməddin Onkun qonağıydım. Nizaməddin bəymənim şərəfimə könül dostlarını, ziyalıları, vaxtilə Azərbaycan -dan və Türkiyədən getmiş adamları evinə dəvət etmişdi.Şeirdən, sənətdən, Vətəndən, qürbətdən yüz ilin həsrətliləriki mi şirinli-acılı söhbətlər edirdik. Məclisin şirin yerində Niza -məddin bəy köynəkdə bir saz gətirdi. Gözlərimə inanmadım. Al-maniya hara, saz hara? Mənim heyrətimi görən şair dostum:“14 ildi köynəkdəydi, bu illər ərzində onu dilləndirəni gözləyir -dim, bu, sənin qismətindir, buyur, çal!” – dedi. Bu təklifdən qəh -qəhə çəkib gülməyə başladım. Dedim, ay rəhmətliyin oğlu, 7 illikayrılıqdan sonra Aşıq Qərib Tiflisə gələndə onun sazında sala-mat bir tel qalmamışdı. 14 ilə telmi qalar, mən onu çalam, sizdə ləzzət ala, kövrələsiniz? Könülsüz-könülsüz sazı köynəyindənçıxartdım. Nə görsəm yaxşıdır? Elə bil saz bu gün tellənib, sığal -lanıb köklənmişdi. Tufarqanlı Abbasın dediyi kimi: “Dinlə Ab -basın səsini, tökər könüllər” deyib saz öz-özünə oxumaq istəyirdi.İndi fikir verin: qürbət ola, saz ola, həsrət ola, üstəlik də mey-danda Zəlimxan ola! Bir Allah bilir burda saz nə tufan eylədi...Bu sazın dil-dil ötməsinin sirrini – səbəbini anlamağa çalışdım.Məlum oldu ki, bu hədiyyəni Aşıq Ələsgərin nəvəsi, hörmətlialimimiz İslam Ələsgərli bağışlayıb. Demək, bizi həm də Ələsgərocağının müqəddəs ruhu belə coşdururmuş.

Sanki bir ceyran gəliboylağıma, binəmə,Həsrətli bir yar kimibasdım onu sinəmə.Zilini zil eylədim,bəmini bəm eylədim,Sazı ağrıya əlac,dərdə məlhəm eylədim.Ürəyimdə nə varsa,tellərinə yüklədim,Odunu alışdırıb,qorunu körüklədim.Dillənmək istəyirdi,yaman darıxırdı saz,Əllərimi vurantəközündən çıxırdı saz.Qalxırdı dalğa-dalğa,enirdi pərdə-pərdə,Son qoymaq istəyirdiqəmə, həsrətə, dərdə.Aran bilir, dağ bilir,yayla bilir bu sazı,Hər kəs öz taleyinəlayla bilir bu sazı.Hərə öz ömrü kimi,günü kimi baxırdı,Qibləsi, səmti kimi,yönü kimi baxırdı.Sevinc-kədər qarışıqduyğular tellənirdi,Bethoven torpağındadost sazı dillənirdi.

Hansı ağacdan qopuböz kökünü anırdı,Yaralı ceyran kimiGöyçəyə, Borçalıya,Təbrizə boylanırdı.Bəlkə Qarsın, İqdırınxiffətini çəkirdi,Bəlkə Azərbaycanınhəsrətini çəkirdi?

Bəlkə Qarabağ idionu belə yandıran,Havanı sızıldadıbsəsi dalğalandıran?Bəlkə Tiflisdə onubir Şahsənəm gözləyir,Ürəyində intizar,qəlbində qəm gözləyir?Parçalanmır yer nədən,silkələnmir göy nədən,Bəlkə də ƏləsgərinTapdanan məzarıdıronu belə göynədən?Bir sazın kürəyinəgör nə qədər yük düşüb,Bəlkə onun yadınaBu gün alışıb-yananyaralı Kərkük düşüb?Neçə yaylıq islanıbgöz yaşı göllənirdi,Bethoven torpağındadost sazı dillənirdi.

Burası Almaniya,bura alman torpağı.Körpəlik yaddaşımınqan udan qan torpağı.Min-min könül sazınıatəş ilə qırıblar,Burda mənim xalqımınqəlbini sındırıblar.Bu yerdən üstümüzəqara kağızlar gəlib,Gözləri göynərtili,ürəyi sızlar gəlib.Əlli ildən çox keçibo gündən bu zamana,Gül kimi gəlinlərinqəddi dönüb kamana.Analar var, kirimir,hələ də ağlar qalıb,Oğullar var, canındasağalmaz dağlar qalıb.Bəlkə bu gün dinən saz –O vaxt susan sazların,boğulan avazların,Böyük müharibədəböyüməyən boyların,yasa batan toylarınHeyfini almaq üçünbelə aşıb-daşırdı,Bu torpaqda can verənNeçə ölməz igidinruhu qucaqlaşırdı?!O qanlı tarixlərinGöz yaşı xatırlanır,yarası bəllənirdi,Bethoven torpağındadost sazı dillənirdi!

Havalanıb, dünyanısaz almışdı başına,Çatdırmışdı dünyanıDədə Qorqud yaşına.Fikrin köhlən atlarımin illəri haqlayır,Hərə öz keçmişinikitabtək varaqlayır:Kim hansı nəsildəndi,kim hansı soydan gəlib,Kim hansı bayatıdan,kim hansı boydan gəlib?

Kim sərkərdə, kim əsgər,kim ulu xaqan olub,Kimlər hansı savaşla,ölməz qəhrəman olub?Kişilik meydanındaər oğlu, ər dünyası,Yunuslar, Mövlanələr,xatirələr dünyası,Ustadlar, övliyalar,ozanlar xatırlanar,Sazın-sözün tarixihardan başlanıb gəlir,Yazılanlar anılır,yazanlar xatırlanır.Budur sazın taleyi:Harda dinirsə dinsin,qürbətdə, ya Vətəndə,Səsə dönür boğazda,ruha dönür bədəndə.İsinir, isindirir,alışır ocaq kimi.Cücərir, yaşıllaşır,göyərir torpaq kimi.Nə deməklə tükənən,nə saymaqla bitəndi,Qərib olan kəslərə sazqürbətdə Vətəndi.Sığallanıb, sevinib,xallanıb güllənirdi,Bethoven torpağındadost sazı dillənirdi.Dost sazı dillənirdi!!!

Almaniya, Bilefild, 2004, 6 noyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri