Bu gün mənim ürəyim
Bu gün mənim ürəyimdünyada bir dünyadı,Mövlananı tapan Şəmsdi,Şəmsi itirən Mövlanadı.Hacı Bəktaşın sığındığı guşədi,Dərvişin dərgahdan aldığı nəşədi.Yunusun gəzdiyi çöldü,Məcnunu dolaşdığı səhradı,Tahirin düşdüyü dəryadı.Kərəmin payına düşən küldü,Xançoban adında yanan könüldü.Koroğlunun çaldığı sazdı,Nigar xanımaDurna teli gətirən Eyvazdı.Bağdaddan gələn səsdi,Təbrizdən gələn nəfəsdi.Qəribi Tiflisdən Hələbə gətirənXıdır İlyasın atıdı.Vaqifin vurulduğu gözəldi,Vidadinin dilindəki bayatıdı.Saranı aparan seldi,Qarşıda bir ordudu,arxada bir eldi.Füzulinin “Şəbi-hicran”ıdı,Şəhriyarın çağlayan ilhamı,ağrıyan canıdı.Bu gün mənim ürəyimMin illərin bağrından qopan,Sazın yaddaşına hopan,Özünü Dədə Qorqudda,Ələsgərdə tapan,Dədəsi Yunus kimiSınıq könüllər yapanCanın içindəki ürəkdi,Ürəyin içindəki candı.Allah aşiqi, peyğəmbər vurğunu,İnsan pərvanəsi Zəlimxandı!
Yalta, 2010, 22 iyun
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-bu-gun-menim-ureyim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təpiklər tapdağında əzildi, əzdi dünya,Xilası, xilaskarı axtardı, gəzdi dünya.
İlahi, min şükür yaratdığınaBir gündə min dəfə şükür deyirəm,İlahi, min şükür yaratdığına.
Gizli görüşlərin aşkar sevinciGöz yaşı yanaqda parlayan inci,İşıq dalğalanır, nur cana sığmır.
Tapşır baxışlarınaTək onu axtarmışam mən bütün ömrüm boyu,Gözlərinə əmr eylə, gözlərimdən itməsin.
Başqa şairlərin şeirləri
Bir yerə çox gedib gəlmə, aşıqlığı şor eyləmə,Hörmət ayrı, töhmət ayrı, öz işini zor eyləmə.
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
Üç il bundan əvvəlTarixi yenidən varaqlayaraqYaxın keçmişimi duydum dərindən.