Çağır məni, gəlim sənə qoşulum,Səhər-səhər şah budaqda ötən quş.

Bülbülsənmi, qumrusanmı, quşsanmı,Zümzüməylə axıb gedən susanmı,Səsi qalxıb fələklərə yetən quş.

Bir anlığa kaş Süleyman olaydım,Kəlmə-kəlmə anlayaydım dilini.Bir biləydim oxuyursan nədən, quş?

Səs deyil ki, səsdə ruhdu oxuyan,Sənsən yenə ağlı başdan alanım,Mənəm yenə ağlı başdan gedən, quş!

Yalta, 2010, 23 iyun

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri