Hara uçursunuz, ay saniyələr,Budaqdan tökülən yarpaqsınızmı?Hara qaçırsınız, ay dəqiqələr,Süfrədən bezikən qonaqsınızmı?Hara köçürsünüz, xoş saatlarım,Sizə dilmi töküm, uşaqsınızmı?Nə deyim zamana, nə deyim sizə,Bu qədər yaxınkən ömrə, taleyə,Bu qədər istəkdən uzaqsınızmı?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri