Mənə ümid kimi bax
Mənə ümid kimi bax – doğruldum gümanını,Mənə işıq kimi bax – dağıdım dumanını!Mənə inam kimi bax – sinə gərim çətinə,Mənə sevgi kimi bax – dönüm məhəbbətinə!Mənə səhər kimi bax – çevrilim sabahına,Mənə sevinc kimi bax – nöqtə qoyum ahına!Mənə bahar kimi bax – yaşıllanım, allanım,Mənə payız kimi bax – şirələnim, ballanım!Mənə həyat kimi bax – hər gün qaynayım, daşım,Bax, mənə necə baxır atam, anam, qardaşım.Nə qədər ki baxırsan mənə barmaqarası,Qəti sağalan deyil ürəyimin yarası!Demək, qəlbimdə kədər, demək, sinəmdə dağsan,Bu gedişlə, ey insan,Nə mən yüksələcəyəm, nə sən ucalacaqsan!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-mene-umid-kimi-bax
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Dünən dost bağına etdim güzər mən,Bir gözəl səhnəyə saldım nəzər mən.
Cismim içrə təkcə bu yüz zəxmi-bidərman deyilMən kimi yüz dağı var, kölgəm də biəfğan deyil.
Gəldim bu yerlərəGəldim bu yerlərəVə əllərimi
Xəbərsiz getməXəbərsiz tökülür yaz yağışları,Çəmənlər xəbərsiz bəzər dünyanı.