Bacardı
Mənim xalqım qan-yaş tökdü gözündən,Göz yaşını silməyi də bacardı.Ağlamağı öz yerində ağladı,Vədəsində gülməyi də bacardı.
Ürəkləndi tanrısınnan, dilinnən,Çörəkləndi sümbülünnən, dəninnən,Şəhid verdi, qəzəbinnən, kininnən –Düşmən bağrı dəlməyi də bacardı.
Arzuları toxum olub cücərən,Öz yurdunda əkən, səpən, becərən,Torpaq üstə yaşamağı bacaran,Torpaq üstə ölməyi də bacardı!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-bacardi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Ey dil, vəfası yoxdu dilara gözəllərin,Cövrü cəfası çoxdu bu rəna gözəllərin.
Dağlarımız, yaylağımız qalmadıDağlarımız, yaylağımız qalmadı,İndən belə qışlağadır köçümüz,
Kənzül-həqayiq, fəsil 25یقین دان رزق جان از علم و دین استنباشد جز به سعی انسان یقین است
Qəzəl: Aləmin məmurəsin hər gündə bir sultan tuturAləmin məmurəsin hər gündə bir sultan tutur,Nikbəxt ol kəs ki, ol məmurəni viran tutur