Yar qoşması
Axşamüstü yar yanına gəlirdim,Yar get dedi, yar get dedi, neyləyim.Utanmağı mənə baha oturdu,Ar get dedi, ar get dedi, neyləyim.
Qurban olum həyasına, arına,Yaxın qoymur bağçasına, barına,Əl uzatmaq istəyəndə narına,Nar get dedi, nar get dedi, neyləyim.
Evlər yıxan bir gözləri qara var,Aramızda bircə addım ara var,Dedim məndə sən vurduğun yara var,Yar get dedi, yar get dedi, neyləyim.
Dilə salıb könlümüzü yıxan var,Şimşək olub başımızda çaxan var,Durma burda, daldalardan baxan var,Var get dedi, var get dedi, neyləyim.
Boşa vermə yar saatı, yar anı,Belə fürsət bir də çətin yaranı,Qışın qarı yaman kəsdi aranı,Qar get dedi, qar get dedi, neyləyim.
2010, 23 mart
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yar-qosmasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yapılan cinayətin çək üzünə şilləni,Qurulan xəyanətin vur gözünə gülləni.
Ağsaqqal sözüOğul, elə saxla qəlbi, ürəyi,Göy kimi boşalıb-dolandan olsun.
TaleyimizƏlimiz qısadı, dilimiz gödək,Hanı tüfəngimiz, topumuz bizim.
Mənim yazıq qələmimNə millət vəkiliydim, nə vəzifə sahibi,Mən fikir əzabkeşi, mən qələm adamıyam.
Başqa şairlərin şeirləri
Tanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Ey könül, uyma gəl, ol turreyi-tərrarlərəEy könül, uyma gəl, ol turreyi-tərrarlərəBəndəlik etmə Məsihi kimi zunnarlərə.
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Ey dodağın şəhdü şəkkərdir siyəh xalın məkəsEy dodağın şəhdü şəkkərdir siyəh xalın məkəs,Olmasın eşqindən ayru təndə canım bir nəfəs.