Bir az qəlbimi dindir,Bir az könlümü isindir.Məni sərt qayğılarınVəhşi pəncəsindən al,Ruhuma bir layla çal.Sığalla telimi,Dara saçımı,Ödə əllərinə olanZərif ehtiyacımı.Soyutma baxışlarını,Gözümə yaxşı bax.Üşütmə sözlərimi,Sözümə yaxşı bax.Yaxşı baxmışdın,Otuzuma, qırxıma, əllimə,Ümidinə, təsəllimə.Dünən baxdığın kimiDoxsanıma, yüzümə yaxşı bax!Ödə qəlbimin, ruhumun,Dilimin, dodağımın ehtiyacını.Ödə!Ödə!Ödə!Vaxta bir şey qalmayıb,Ölüm duru növbədə!

Yalta, 2010, 23 iyun

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri