Allah, Allah, bu bütün hansı könül xanəsidir?Hansı bir bəxtəvərin sevgili cananəsidir?

Olmasın dur ləbimdən o şəkər ləl-ləbi,Bəxtəvər başına hər kimsə ki, peymanəsidir.

Yandı pərvanə kimi şəmi-rüxündə bu könül,Söyləyin hansı könül o üzün pərvanəsidir?

Mahi-taban kimi o nur saçan zöhrəcəbin,Hansı şaiq könülün gövhəri-yekdanəsidir?

Hər tərəfdən ki, verirlər ona əfsun, görəsən,Cəzb edən qəlbini, yarəb, kimin əfsanəsidir?

Məqtə — şairin təxəllüsü olan son beyt. Söylədim: Şaiqi divanə-dil etdi hüsnün,Dedi: get, sən kimi bir çoxları divanəsidir!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq