Sen çağlar
Paris kommunasınaMən ömrümdə Parisin görməmişəm üzünü,Enməmişəm o vəhşi, çılğın şantanlarına.Qucmamışa, ac gözlü qəhbələrin dizini,Baxmamışam sarayda vuran fantanlarına.Orda ki, sinəsində südəmər dilsiz çocuq,Ac və çılpaq annələr sokaklara atılar.Orda ki, altun deyə gənc qızlar qıvrılaraq,Bir saatlıq zövq üçün kabaklarda satılar.Orda ki, aşıb-daşan dəli, quduz Sen çağlar,Əks edər qəhqəhəsi hıçqıran gecələrə,Dərdini bölən dilsiz qara daşlar, torpaqlarCavab verməz sorduğu gizli bilməcələrə.Orda ki, Napaleonlar atəş saçıb durmuşdu,Çevirmişdi dünyanı acizlərin başına,Lüdoviklər hökmünü qan üstündə qurmuşdu,Boyanmışdı zülmdən torpaqlar göz yaşına.O yerdə ki, hala Sen qan içkisiylə yenə,Sularında boğulmuş meyitlərlə oynaşır,Orda “bəşər” naminə, “mədəniyyət” naminəDünyadakı ən çirkin rəzalətlər qaynaşır.Orda əlli doqquz il bundan əzəl irmaqlar,Coşğun bir inqilabın mahnısını dinlədi,Əsrlər boyu gülməz sarı, solğun dodaqlarOxurkən o mahnını pək dərindən inlədi.Orda yalnız bir bahar çiçək açdı, yaz oldu,Döndü ancaq bir yazlıq tar gecələr gündüzə.Ağlayanlar gülərkən göz yaşları az oldu,Hər kəs inandı durdu söylənən şirin sözə.İlk olaraq kölələr zəncirləri açaraq,Möhtəşəm sarayların qırdılar qapısını.İlk olaraq Parisin qapısında al bayraqQurdular leşlər üstdə qurbanlar yapısını.Açıldı bir gün yenə fırtınanın qanadı,Qara qanlı üfüqlər büründü bir çarşafa,Senanın dəli qəlbi yenə coşdu, qanadıAtılarkən bağrına minlərcə qanlı qafa…Həftələrlə Parisin sokaklarında qanlıÖz üsyanın qaldıran çılpaq leşlər uzandı.Onunçun “Gözəl” Paris dillərə düşdü şanlı,Tarixlərdən silinməz iyrənc bir ad qazandı.O zamandan bağrında fırtınalar, boralar,Qudurduqca daşları, torpaqları inləyir,Bu dərd onun qəlbini hər gün bir az yaralar,Dəli, coşğun atlaslar mahnısını dinləyir.
Kitabxana.az · https://kitabxana.az/works/ildirim-sen-caglar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir səs gəlir uzaqdan, o yarmı gəldi dilə,Bir xəbərmi yollandı bu yaralı bülbülə?
Bilməm kiOğlum AzərəGün gəlib ta son vədələr yetincə,
Bir günSanma getməz başımdan bu kəşvətli buludlar,Şimşək olub üfüqdən yenə çaxacağam mən.
Bir gün gələcəkOrda Orta Zamanın vəhşətindən yadigar,Qaranlıqlar içində qurulmuş bir “Cənnət” var.
Başqa şairlərin şeirləri
Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Təbrizlə görüşBu görüşü dərdə dərman bilmişdim,Həsrətinlə çox ağlayıb gülmüşdüm,
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,