İçi parıldasın gərək adamın
Ən zərif duyğular ürəkdən gəlir,Ürək sevinməsə, üz gülər olmur.Qəlbin işığıdı gözdə görünən,İçərdə nur yoxsa, göz gülər olmur.
Qəlbin genişdirsə, saraydır damın,Aydır çilçırağın, Günəşdir şamın.İçi parıldasın gərək adamın,İnsanı parladan güzgülər olmur.
Vaxtsız ürəyimi qoydum sapanda,Sevinci itirdim qəmi tapanda.Ürək sındıran da, könlü yanan da,Özümüz oluruq, özgələr olmur.
2000, 13 mart
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ici-parildasin-gerek-adamin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gül açasan ömrün bahar çağında,Budaq əyə, bar verəsən qışacan.
Dodaqdəyməz dördlükDənizi seyr edən xəyala dalar,Sanarsan xəyaldı, xəyal adalar.
Dodaqdəyməz təcnisCanıyanan gərək yandıra canı,İşin yad əlində ha qalar, qalar.
Dodaqdəyməz dördlükSənə çətin deyil, qara yax, asanGərək şər danışa, qara yaxasan.
Başqa şairlərin şeirləri
Əhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?
Könül həsrət, can müntəzir, göz yoldaKönül həsrət, can müntəzir, göz yolda,Ömr azaldı, və’də keçdi san ilə.
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.