Dodaqdəyməz təcnis
Canıyanan gərək yandıra canı,İşin yad əlində ha qalar, qalar.Yeriyərsən canın çıxana qədər,Həsrət səni dərdə ha qalar, qalar.
Əldən gedər qalan həya, qalan ar,Yazıq canım atəşlərə qalanar.Nakəs elə şər danışar, qal anar,Ha yeri, istəyin ha qalar, qalar.
Yaralardan qətrə-qətrə qan sıza,Çətin işdi yer eləyə qansıza.Didələrin yaş axıda, qan sıza,Ağrılar canında ha qalar, qalar.
1972, 13 dekabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-dodaqdeymez-tecnis-4
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Budur, Gülşayi-nakamın vəsiyyət qılduğu sərvə
Çün gəldi özünə ol vəfadar,Bildi yoxdur əlaci-bimar.
Nisbət sənə’ ey şux, Züleyxa ola bilməzNisbət sənə’ ey şux, Züleyxa ola bilməz,Bu işvədə, bu qəmzədə Leyla ola bilməz.
Paşa, sənə nişan verim QıratıPaşa, sənə nişan verim Qıratı,Əbrişim ipəkdən yalı gərəkdi.
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin