Mən gedincə pəncərəni bağlama
Mən gedincə pəncərəni bağlama,Mən bilim ki, arxam ilə göz baxır.Sən də elə bil ki, havalanıb bir oğlan,Arxasınca sənin kimi qız baxır.
Mən gedincə pəncərəni bağlama,Daş gül açır sən baxanda yollara.Qoy bir az da qüvvət versin ilahi,Səni sıxan, səni qucan qollara.
Mən gedincə pəncərəni bağlama,Bağlayarsan, nitqim, sözüm bağlanar.Aramıza pərdə çəkər Yaradan,Sənin bəxtin, mənim gözüm bağlanar.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-men-gedince-pencereni-baglama
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə millət vəkiliydim, nə vəzifə sahibi,Mən fikir əzabkeşi, mən qələm adamıyam.
DərdAzərbaycan parlamentində, xalqımızın ali məclisində*özünü apara bilməyən bəzi millət vəkillərinə*
GörünürYükü çəkə bilməyəndə,Dərdin birə min görünür.
Ömrün son günüDünya məndən dönən günü,Dünyadan əlim çıxacaq.
Başqa şairlərin şeirləri
Ey ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
Ay PəriKönlüm gülzannda, qış mövsimində,Açılıb təzə gül, di dər, ay Pəri!
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.