Dünya məndən dönən günü,Dünyadan əlim çıxacaq.

Nə deməyə söz qalacaq,Nə onda dilim çıxacaq.

Həsrət elə qovuracaq,Cızdağım, külüm, çıxacaq.

Əcəl girəndə bacadan,Qapıdan ölüm çıxacaq!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm