Gecdir
Qocalan sifətdir,yoxsa ürəkdir?Ani şimşək kimi çaxmaq da gecdir.Cavanlıq geriyə dönməyəcəkdir,Büllur güzgülərə baxmaq da gecdir.
Çaylar xəyal olub,hara axdılar?Yuyunmaq dum-duru bulaqda gecdir.Əfsus qədim dostlar dönük çıxdılar,Təzə dost axtarıb tapmaq da gecdir.
Məhəbbət əzizdir,sevda müqəddəsDuyğular oyatmaq ürəkdə gecdir!İndi sevilməkdən söz düşə bilməz,Daha yer üzündə sevmək də gecdir!
İnsanlar insandanvar-dövlət umur,Sənə var-dövlət də qazanmaq gecdir,Şerə, sənətə də cahan göz yumur,Şeirlə sərvət də qazanmaq geçdir!
Ürək arzularladöyünmək istər,Bəlkə ümid-deyə səsləmək gecdir?Tanrı, gec deyilsə möcüzə göstər!Yoxsa möcüzə də gözləmək gecdir?Gecdir?Möcüzəsiz dünya da heçdir!
Yanvar 1997
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-gecdir
← → düymələri ilə keçid, R — təsadüfi şeir