Yad edib o məni,Gələrmi, gəlməzmi?Qəlbimdən keçəniBilərmi,bilməzmi?

Baxışı səmimi,Kipriyi sinəmiBir zərif ox kimi,Dələrmi, dəlməzmi?

Mən susmaz bir səsəm,Yel olub tələssəm,"Sevirəm" söyləsəm,Gülərmi, gülməzmi?

Mənimlə dərdimiBölərmi, bölməzmi?Gözdə yaş gördümü,Silərmi, silməzmi?Gələrmi,Gəlməzmi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri