Sən mənə əlvida deyən zamandaO doğma zaman da səninlə getdi.

Elə bil mən qaldım qərib cahandaMehriban cahan da səninlə getdi.

Çulğadı dünyanı bir nigaranlıq,Görüş də, hicran da səninlə getdi.

Yer də qaranlıqdır, göy də qaranlıq,Nurlu asimanda səninlə getdi.

Sahillər boyunca izlər də itib,O bizim ümman da səninlə getdi.

Dünənə məhəbbət, bu günə ümid,Sabaha güman da səninlə getdi.

16 sentyabr 1995

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran