Qara tüklü qu quşununBalası tünd qəhvəyidir.Yanında vardır birisi,Heç bilmirəm o nəyidir.

Qu quşunun boynu uzun,Dimdiyi də qıpqırmızı,

O dalınca üzənlər dəYa oğludur, ya da qızı.

Qu quşunun ağı gözəl,Qarası da yaraşıqlı,Onun boynu nə göyçəkdir,Gözləri də – nə işıqlı!

Asta-asta üzüb keçir,Yanında da balaları.Elə bil ki, süzüb keçirGöl aşağı, göl yuxarı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri