Ay gümüş dalğalardanazlanır gəlin kimi.Ruzgar gəzir saçımdakörpəcə əlin kimi.Yenə ay işığındaqumlar sanki incidir.KörpəSən indi oyaqmısan,gözündə yuxu varmı?!Balasından ayrılanana gecə yatarmı?!Mən hələ yatmamışam,yanımda boşdur yerin,Qapanırmı, a körpəm,o uzun kirpiklərin?..Bayaq günəş batandatozlu yollardan keçdin,Ürəyin yanan zamansərin sulardan içdin.Mən də sənin yanındadayanmışdım elə bil,O göyçək gözlərinləbircə şirin-şirin gül.Sən tamaşa edirsənheyran-heyran dağlara.Bəzən yolayrıcındabaxırsan uzaqlara.Anasının dalıncaquzular mələr keçir,O körpə xəyalından,ceyranım, nələr keçir?!Uzaqda yalqız qalananan keçir fikrindən,Bəlkə indi yatmayıbonu düşünürsən sən?

Bəlkə ana həsrətisaf könlünü qanadır.Vətən mülkü, gül oğlum,ən müqəddəs anadır!O gördüyün göy bağlar,yaşıl dağlar, dərələr,Getdikcə hey dəyişənfərəhli mənzərələr...Sənin ana yurdundur,sənin doğma ocağın,Xoşbəxt ömür sürdüyünnurlu, azad torpağın,Nəfəsinə qarışandağların saf havası,Qürbətdən uçub gələnquşların şən yuvası,Çiçəklərin xoş ətri,axan suyun gur səsi,Budaqlarda oynayanruzgarın zümzüməsi.Dəryatək ləpələnənsarı sünbül taxıllar,Yollarda rast gəldiyin,gördüyün hər nə ki var,Azad torpaq, azad elçiçəkli vətənindir,Günəş, dəniz göy, hava,qarlı dağlar sənindir!Sev onları, əziz tut,Vətəni yaxşı tanı.Varlığınla, qəlbinləsən sev Azərbaycanı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən