Səndən ayrı işim mənim, ey dilbər,Gecə-gündüz ahü fəqan olubdur.Təğafül rəhmindən zülmü sitəmiBizim barəmizdə ehsan olubdur.

Ləhzə-ləhzə halın sorduğun könlüm,Gündə min nəsihət verdiyin könlüm.Daim şadü xürrəm gördüyün könlüm,İndi dərd əlindən viran olubdur.

Nə istərsən, zalım, mən binəvadan,Bir gün əl çəkməzsən cövrü cəfadan.Sanma indi, bil ki, qalü bəladan,Gözlərim hüsnünə heyran olubdur.

Haçan almamışdın əqlimi sərdənOxudum mədhi-hüsnünə əzbərdən.O gündən ki, saldın gözdən,nəzərdən,Mənim halım çox-çox yaman olubdur.

Heç yada salmasan mən dilfikarı,Səni nə bimürvət yaradıb tarı,Dəhanın şövqündən Aşiqi zarı,Öldürən bir daği-pünhan olubdur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq