Sənsən
Səni tarı məndən olma mükəddər,Incitmə, bu dili-virani sənsən.Neylərəm dünyanı, əzizim, sənsiz,Bilirəm dərdimin dərmanı sənsən.
Gözəldir camalın, hüsnündür cəmil,Ölmədim hicrində, qalmışam xəcil,Başınçün, ey gül, dolansa yüz il,Könlümün mülkünün sultanı sənsən.
Vamiqin Əzrayə var idi meyli,Onunçün axardı gözündən seyli,Yusifin Züleyxa, Məcnunun Leyli,Mənim də canımın cananı sənsən.
Hər nə ki ərz etdim ona yetmədim,Şad eyləyib bizi gəlib getmədin.Könlüm alıb bir yol qəbul etmədin,Bu qədər ki, çəkdim imanı sənsən.
O gizli baxışın alıbdır canı,Cadu qəmzələrin verməz imanı.Tarı hifz eyləsin növki-müjganı,Aşiqin qatili-pünhanı sənsən.
Kitabxana.az · https://kitabxana.az/works/mehemmed-bey-asiq-sensen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Necə kim ol sənəmin qəmzəyi-xunxarəsi var,Dili-zarımda mənim qanlı ciyərparəsi var.
O qara tellərinə oğru deyim, ya rəhzənO qara tellərinə oğru deyim, ya rəhzən,Ya könlüm məmləkətin qarət edib badə verən.
Talıb bəy VəzirovaAyırdın mənə, Talib, ki, əzən xub oldun,Nəzəri-mərhəmətü lütfilə mərğub oldun.
Yenə asudə ikən uğradım bir şux zibayəYenə asudə ikən uğradım bir şux zibayə,Üzü gül, arizi mül, zülfü sünbül, çeşmi-şəhlayə.
Başqa şairlərin şeirləri
Qazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
SoxtalarAləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!