Açılmamış bir kitabdır hər insan ömrü
Açılmamış bir kitabdır hər insan ömrü,Hər baharın bir məhəbbət macərası var.Yazılmamış bir hesabdır hər insan ömrü,Hər gecənin, hər gündüzün bir mənası var.
Boş keçməyir, düşündükcə, ömrün hər dəmi,Yazılmamış bir dastandır könül aləmi,Məhəbbətin fərəhlidir sevinci, qəmi,Hər duyğunun, hər arzunun bir səfası var.
Kim çağırdı ürəkləri eşqə, həvəsə,Bülbül nədən gül eşqiylə verir səs-səsə?İnsan qəlbi çox möhtacdır isti nəfəsə –Desələr də məhəbbətin min cəfası var.
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-acilmamis-bir-kitabdir-her-insan-omru
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Dodağı ləl, dişi inci, gül yanaqlı, zülfü ənbər,
SüsəniEy nəzakət çəməni içrə xuraman Süsəni,Xublıq kişvərinin təxtinə sultan Süsəni,
حدم آن کس زند که بادم دادباده جام دل گشادم داد
Hər ev, hər mərtəbə, göy üzü, dənizHər ev, hər mərtəbə, göy üzü, dəniz,Həm eşq sevincidir, həm göz yaşıdır,