Hər ev, hər mərtəbə, göy üzü, dəniz,Həm eşq sevincidir, həm göz yaşıdır,Hər dağ, hər şəlalə, hər qaya, hər daş,Həm eşq heykəlidir, həm başdaşıdır.

Hər bir quş cəh-cəhi, hər çiçək ətri,Həm eşq nəğməsidir, həm dərd mahnısı,Hər gün, hər dəqiqə, hər insan ömrü,Həm toy şənliyidir, həm sevgi yası.

Küsmə bu dünyadan, küsmə özündən,Baxt bizdən gah razı, gah gileylidir,Doğulub dünyaya göz açan gündənHər oğlan Məcnundur, hər qız Leylidir...*

1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq