NuşabəyəElə şirin yatmısan ki,Hay qaçıb, haray gedib,Elə bil oxunan yerdəYuxuya laylay gedib.

Köksündən çıxan nəfəsləBeynimdən ağıl çıxır,Yaddaşımın hər küncündən,İndi bir nağıl çıxır.

Bu gün məndən kədər nədir,Qorxu da qorxub qaçır.Bu yaşacan görməmişdim,Yuxu da çiçək açır.

İndi bu sakit yuxudaNə görürsən, sevgilim?Məni görsən, sərxoş görmə,Təmiz, ayıq gör, gülüm...1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri