Get, sevgilim, uğur olsun!
Heç gözlərim yaşarmadısən ayrılıb gedən zaman,Get, sevgilim, uğur olsun,sən mərd vuruş, sən mərd dayan!Qoru təmiz eşqimizəgülümsəyən al səhəri,İlk gəncliyin şən çağındaçiçək açan bu yerləri.Qoru əziz xatirələrdolu olan bu torpağı!Əzəmətli vətənimindincliyini pozan yağıQoy bilsin ki, mərd igidlər,sona qızlar bəsləyən elAzğın faşist quldurununönündə diz çökən deyil!Sən gedəndə ağlamadım,gözlərimdə od yanırdı,Qəlbim böyük həqiqətəbir inamla inanırdı,Bilirdim ki, getdiyin yolmüqəddəsdir, mərd yoludur.Qəlbindəki vətən eşqi,müqəddəsdir, çox uludur.Bilirdim ki, sənin yolunməğlubların yolu olmaz!Sən əsgərsən, əsgər olandöyüşlərdə heç yorulmaz!
İlk baharda açılarkənbağçalarda ağ yasəmən,Vətən üçün vuruşlardansən zəfərlə dönəcəksən,O gün həsrət çəkən gözlərbir sevinclə yanar, yanar,İlk baharın al laləsibayraq kimi dalğalanar.Üfüqlərdən qalxan günəşsalamlayar səni tezdən,Bəlkə sevinc yaşlarıylaağlayaram o zaman mən.Sən zəfərlə ana yurdadöndüyün vaxt, o gün səhərMən qarşına çıxacağamqucağımda al çiçəklər.Qəhrəmanlıq soraqınıalan zaman, onda hamı,Qoy bilsin ki, kimdən alırmənim şerim xoş ilhamı.
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-get-sevgilim-ugur-olsun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı
ماندم به چمن شب شد و مهتاب برآمدسیمای شب آغشته به سیماب برآمد
TələsməRamiz Mirişli bəstələmişdir*Dedim mən, sevirəm, dedi sevginən,
İnanmaƏgər gəlib desələr tufanlar almış məni,Sıldırım qayalara, daşlara çalmış məni.