Cəmilə
Sən günəşə boylananbir çiçəksən, Cəmilə,bir çiçəksən...Bu “təqsirin” ucundanöləcəksən, Cəmilə,öləcəksən...Əsir görmək, qul görməkistəmirsən vətəni,Bu “təqsirin” ucundanöldürəcəklər səni.Ömrün baharındasan,iyirmi iki yaşın var,Min arzuyla yaşayıriyirmi iki yaşlılar.Zərif işlər yaraşıro zərif əllərinə,Səhər-səhər şeh qonurbağçada güllərinə...Çiçəklərə su tökmək,saz çalmaq incə-incə,İlk sevda məktubunuyazıb pozmaq gizlincə.Səndən kiçik bacınınsaçlarını daramaq,O nazik əllərinəbunlar yaraşır ancaq...Sənin cəllad yapışmışo incə biləyindən,O qoparmaq istəyiratəşin ürəyindənazadlığın eşqini.Başını gilyatinləkəsib atmaq istəyir,Vətəninə, ananaqan ağlatmaq istəyir.Çiçəklərə su vermək,saz çalmaq incə-incə,Şer yazmaq, söz qoşmaqsevdiyinə gizlincəİyirmi iki yaşlılarınbəzəyi, zinətidir.Bu gün sənin qismətinZoyanın qismətidir.Əsir görmək, qul görməkistəmirsən vətəni,Bu “təqsirin” ucundanöldürəcəklər səni,Anaların qəlbində,yanır nifrət odları,Bir qəzəblə çırpınırdünyanın şah damarı,Dayandırmaq əzmiləo qansızı, Cəmilə!Qarayanız, ərəb qızı Cəmilə!İradən mətindir, Cəmilə,mətindir...Vətəndə qul olmaqçətindir, Cəmilə,çətindir...Uzaq-uzaq bir diyardaxəyalının dünyası var,Uçub gedir o diyaraqəlbindəki xoş arzular,Orda azad nəfəs alırYaşıl düzlər, göy təpələr.
Orda cansız torpaqlar dazəhmət ilə cana gəlir.İnsan yeni bir həyatıhəm yüksəldir, həm yüksəlir...Sən o şirin bir diyarınyaşayırsan xəyalıylaYuxuların dolur onunazad, böyük cəlalıyla.Sən günəşə boylananbir çiçəksən, Cəmilə,bir çiçəksən.Bu “təqsirin” ucundanöləcəksən, Cəmilə,öləcəksən.Əsrlərin zülmətindənbaş qaldırır Şərq elləri.Azadlığın bayrağınıucaldırsan, Şərq dilbəri.Haqq yolunda mübarizəşüarıyla çıxdın yola,Ərəb qızı, bu əzmindəsənə min-min uğur ola!Sənə cəllad bıçağını qaldıranlar,saf qanına susayan o ac canavarQoy eşitsin, bilsin, ancaqqanlı bıçaq,qanlı bıçaq.Öz bağrına saplanacaq!...
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-cemile
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey dil, vəfası yoxdu dilara gözəllərin,Cövrü cəfası çoxdu bu rəna gözəllərin.
ÇaynaməTəalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.