Min doqquz yüz qırxıncı il...Avropanın axır qanı.Mədəniyyət ocaqlarıOlmuş indi hərb meydanı.Afinanı bürümüşdür lal bir sükut,Akropolun göylərindənÇəkilməyir qara bulud.Yunanıstan torpağınıBürümüşdür ağır matəm.Tapdalanan bir millətinSimasına çökmüş ələm.Dağ şəhəri – AkropolunParfenondur iftixarı,Parfenon çox yola salmışƏsrləri, dövranları...Parfenondan asılmışdırİndi faşist bayraqları.Çovğunlu bir qışa dönmüşAfinanın ilk baharı.Zülmət gecə, göy gurlayır.Aramsız bir şimşək çaxır.Qalaq-qalaq buludlardaOd qamçıtək iz buraxır...Elə bil ki, AfinanınO xilaskar ilahəsi,Hüsnə əbədiyyət verənİşıq, bahar ilahəsiQəzəblənib coşmuş bu gün,Göydən yerə yağış tökürÜstündə qan laxtalananTorpaqları yumaq üçün.Akropolun üç tərəfisərt qayadır.Bir tərəfdən ağ mərmərdənpillələrParfenonun tək yolunuKəsmiş faşist avtomatı.O tək yolda keşik çəkirAvtomatda hazır durangüllələr.Parfenonun üzərindəQanlı faşist bayrağıdır dalğalanan.Şimşəklərin işığındaQara bayquş qanadıtək

Hey çırpınır zaman-zaman.Hər yerə qara,Ağır zülmət yayılmışdır boşluqlara.Elə bil ki, bütün varlıqQara qatran bir boyadır.Akropolun üç tərəfiSal qayadır,Gecəyarı,Qalaq-qalaq qara buludQapamışdır ulduzları,Bəs o kimdir gecəyarıQanlı izlər buraxdıqca barmaqlarıDırmanır bu daş divara?Hərdən şimşək buludlardaQanlı izlər buraxandaO tərpənmir, bir daş olur.Nəfəsi də körpə bir quş nəfəsindənYavaş olur.Göy gurlayır, şimşək çaxır,O dırmaşır sal qayaya:Ehtiyatla, yavaş-yavaş,Tərpənməsin, səslənməsin gərək bir daş.Barmaqları cadar-cadar,Son məqsədə hələ çox var.Alnında tər muncuqları,Qəlbi vurur yeyin-yeyin.Əmr eləyir ona ürək:Qalx yuxarı, qalx yuxarı,Hərdən qatı qaranlığıDoğrayırdı odlu şimşək.Parfenonun üzərindəÇırpınırdı qanlı bayraqQara bayquş qanadıtək.Sübh açılıb üfüqlərə yayılandaLalə rəngli şəfəqlər,Afinanın üzərindəDoğdu aydın bir səhər.Artıq faşist bayrağındanQalmamışdı bir nişan.İndi vətən bayrağıydıParfenonun üzərindəŞəfəq kimi alışan.Seyr etdikcə, dalğalananƏziz, doğma o bayrağı.İnsanların ürəyindəYandı bir ümid çırağı.Döyüşlərə çağırırdıÜrəklərdən gələn səda.Azadlığın bayrağınıVermək olmaz bir də yada.Azadlıqçün döyüşlərəQalxdı vətən oğulları,Al şəfəqə bürünürdüAfinanın ilk baharı.Afina, 1957

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri