Məni yarı yolda gəl qoyma, ürək,Hələ son mənzilə xeyli yol qalır.Şerlər gözləyir məndən gül-çiçək,Dağlar sorağımı ruzgardan alır.

Hələ bir aləmdir, arzum, həvəsim,Dağlara səs salsın gərək şən səsim,İsitsin dostları ilıq nəfəsim,Könül rübabını min teldə çalır.

Ürək belə dedi bircə an mənə:Gah sevgi yüklədin, gah hicran mənə.Sevinclə, həsrətlə, fərəhlə çarpdım,Sən ki, heç vermədin bir aman mənə.

Necə dözsün ürək möhnətə, dərdə,Mən mənzil olmadım heç bir namərdə,Eşqin atəşinə yandığım yerdəHeç verən olmadı bir dərman mənə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Nə şöhrət istədim, nə şan istədim

Nə şöhrət istədim, nə şan istədim,Bu dünyada təmiz vicdan istədim.

1 dəq
Ondan nə bir əsər, nə də bir nişan

Ondan nə bir əsər, nə də bir nişan,Bir ilham qalmışdı, o da pərişan.

1 dəq
Yadımda qalanlar

Mən dünyaya gələndə Xan Xoyski bir qoçun boynuna qırmızı Gəncə kəlağayısı bağlayıb bizim evə göndərmişdi. Xanın bu hərəkəti nənələrimizin qəzəbinə səbəb olmuşdu. “Allaha xoş getməz, adam da qıza qurban göndərər? Camaat nə deyər, deməzlər ki, azğınlıq eləyirlər, qıza qurban kəsirlər. Əgər onu ayrı fikirlə göndəribsə, onu da bilmək olmaz, ya qismət, bu qız gələcəkdə kimə qismət olacaq, sən yazan qoy qalsın, görək fələk nə yazır”, – deyə xeyli deyinmişdilər. Müdrik nənələrin sözünü həyat özü də təsdiq etdi. Taleyin hökmü ilə tamamilə başqa həyat və gələcək cızılmışdı.Xan Xoyskinin arvadı Şirinbəyim xanım bizə qonaq gələndə, mənim üçün ən əzablı günlər olurdu. Qapıdan girən kimi anamla öpüşər, sonra məni qucaqlayıb “gəlinimə qurban olum, çiçək gəlinim, göyçək gəlinim” deyib məni oxşardı. Mənsə onun ağuşundan qurtarıb anamın qucağına sığınar və bütün müddətdə özümü anamın ətəklərindən çıxarmazdım. Biz böyüklər, çox zaman hiss etmədən uşaq ürəyinə ağır yaralar vurur, onun körpə qəlbinin böyük iztirablarına səbəb oluruq.

10 dəq
Gündəlikdən səhifələr

31 dekabr, 1941.Səhərdən özümdə ağır bir yorğunluq hiss edirəm. Elə bil ki, iztirablarla keçirdiyim bu köhnə il bütün ağırlığı ilə üstümə çökmüşdür. Uzun və çətin yollardan bərabər keçmiş iki dost kimi mən bu illə vidalaşmaq istəyirəm. Gecə saat 11-in yarısında cəbhədə vuruşan əsgərlərimizə müraciət edən yeni il şerimi radio ilə oxudum. Həyəcanla oxuduğumu hiss edirdim. Sonra küçəyə çıxdım. Şəhər boz bir duman içində idi. Köhnə il dumanlara qərq olub gedirdi. Qara dənizin sevincli sahillərində qarşıladığım bu ili Xəzərin dumanlı sahillərində yola salırdım. Axırıncı dəqiqələr Səmayə ilə birlikdə olduq. O, nədənsə kədərini məndən gizlətmək istəyirdi. Mən onsuz da bu kədəri duyurdum. Sonra bir az açıldı. Mən onun qəlbinin mənə olan böyük məhəbbətinə inandığım üçün bəxtiyar idim. Bu il mənim həyatımda nadir və əziz bir xatirə kimi qalacaq.

9 dəq

Başqa şairlərin şeirləri · Eşq