Ürəyim torpaq kimidir
Ürəyim torpaq kimidir.Yaz nəfəsi duyandaoyanıb qalxır yaşıl-yaşılotlar, çiçəklər.Toxumları qızdırıb saxlayır içindəÜstündən əsəndə acı küləklər.Ürəyim torpaq kimi yaralıdır:
Üstündə tikanlı məftillərinQanatdığı yaraların ağrısı var.Ürəyim torpaq kimidir.Həm yaralı, həm məhsuldar.Mərmilərdən yaralanmışTorpaq kimidir qəlbim:Hicran yarası da var ürəyimdə,həsrət dağı da:İldırım vurmuş ağacıngövdəsindən ayrılankörpə yanıq budağı da.Sarı sünbüllərin ağır başıƏyilir sinəm üstdəyetişəndə dəni.İnsan yaradır,insan əzir,İnsan yaralayır məni.Ürəyim şumlanmışqara torpaq kimidir:Bahar ətirli küləkləri gözləyir,Gecələrin xoş sərinliyini,Əlvan rəngli şəfəqlərigözləyir.
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-ureyim-torpaq-kimidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir