İsmayıl Əfəndiyevin xatirəsinə

Hərdən gülüşün düşür yadıma,Hərdən qəmin, məlalın,Hər şeyi sezə bilən,Hər şeyə dözə bilənQəlbin, pərişan halın.Sakit axan sular kimiaxıb getdin.Dostlarının ürəyində ağrı buraxıb getdin.Yenə gələcək bahar,yenə çiçək açacaq çəmən.Budaqlardan sallanacaqsalxım-salxım yasəmən.Quşlarqatar-qatarqürbətdən vətənə dönəcək.Günəş yenə dənizdən doğacaq,dağların dalında sönəcək.Ağ göyərçin balası kimiçırpınan kiçik qızınsevgilisinin sinəsinə yaslanıbisti göz yaşlarıtökəcək səninçün.Yanıb ağlayacaqiçin-için.Sonra həzin bir təbəssümləqaldıracaq başını,siləcək göz yaşını.Yenə dünyada vüsal olacaq,Olacaq acı hicran,Bircə sən dönməyəcəksən,Dönməyəcəksən getdiyin əbədi yoldan...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar