Əlvida
Əlvida, otağım, mavi dənizim,Əlvida, qumlarda görünən izim.Yollara tökülən xəzəl, əlvida,Soyuq təbiətli gözəl, əlvida.Dənizdən xoş əsən həzin ruzgarım,Sahilə düzülən qağayılarım,Suda qanad açan yelkən, əlvida...Sabah ayrılıram sizdən, əlvida...Görüşə gələndə hər yay, hər payızSizi yenə belə xoşhal görəydim.Dünya sevinc ilə dolaydı yalnız.Hicran görməyəydim,Vüsal görəydim.Baltik dənizinin qumlu sahili,Əlvida, xoş keçdi sizdə günlərim...Bir başqa sahilə gedirəm indi,Gözləyir həsrətlə məni Xəzərim.Salamlayır səni, Baltik dənizi,Dostluq salamıyla göygözlü Xəzər.Dəniz də dostlaşar,Çay da dostlaşar,İnsanlar dünyada dost olsa əgər...
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-elvida
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mahnının musiqisiniƏrtoğrul Cavid bəstələmişdir
Xərabədə bitən çiçəkXərabədə bitən çiçək, düşündürdü məni bir az,Bəs nədəndir, deyirlər ki, viranədə gül açılmaz?
Düşmən güllə yağdırırdı işığa1941-ci ildə Leninqradda Nizaminin 800 illiyinəhəsr edilmiş gecə keçirilmişdir
UzaqdaYanında olmasam da, qəlbindəyəm, bilirəm,Bir an həsrət yaşını gözlərimdən silirəm.
Başqa şairlərin şeirləri · Hicran
Nə xoşdi bir sənəmi–məhcəmal ilən yaşamaq,Həmişə izzətü cahü cəlal ilən yaşamaq.
AğlaramSeyri-gülüstanda, Kür kənarında,Bu gün bir həsrətkeş qalıb ağlaram.
Salma gözdən bu zaman, ey şəhi-əbrar məniSalma gözdən bu zaman, ey şəhi-əbrar məni,Qılma ənduhü qəmü dərdə giriftar məni,
Heç almadım ömrüm boyu bir kam səndənBir olmadı ruhum belə aram səndən.