Şairin üstündə rüzgarlar kimiHəm sağa, həm sola birdən əsməyin.Hələ səsi gəlir, nəfəsi gəlir,Onu basdırmağa çox tələsməyin.

Özgə bir dünyadır şair aləmi,Gizlində saxlanar qüssəsi, qəmi.Qırılsa şairin bir gün qələmi,Qırıb hər ümidi ondan kəsməyin.

Torpağın altında xəzinə yatır,Çox zaman bilinməz orda nə yatır.Şairin könlündə qərinə yatır,İncə duyğuları qırıb əzməyin.

Heykəl də qoymayın şairə vaxtsız,Zaman sınağından qoy qalib çıxsın.Nə oxucu ona söyləsin baxtsız,Nə dövran uçurub heykəli yıxsın.

Qəlblərdə yaşasın onun heykəli,Şeri məşəl kimi illəri yarsın.Gələcəyin xoşbəxt nəsillərinəƏsrindən, dövründən salam aparsın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri