Natəvan klubunda ədəbi gecə
Mən bu gecə çıxmıramŞairlər kürsüsünə.Dal cərgədə oturubYalnız qulaq asıram,Bu gecənin şeriniəzbər deyib ürəkdə,yavaş-yavaşkönlümünvarağına yazıram...Yeni yazan bir cavanBudur kürsüyə qalxır,Utancaq nəzərləriBir an salona baxır.Sonra rəvan bir təbləGəlir ürəyi dilə,Səsi titrəyir bir an,Şer oxuyur ucadanGünəş, bahar eşqinə!Gənclik, qüvvət, gələcəkSəslənir hər sözündə,Mən sabahı görürəmOnun xoşbəxt üzündə.Bir fars qızı – şairəSonra kürsüyə qalxır,Şerinin ahəngiləBizi heyran buraxır.Oxuyur aram-aram,Sağ qoluna yaslanır.Elə bil ki bir anlıqKirpikləri islanır!Başa düşməsəm də mənOnun zərif dilini,Bilirəm ki, anaraqUzaq, doğma eliniO öz bədbəxt yurdununDərdlərindən danışır.Xalqın müsibətindən,Hünərindən danışır...Ağ qarlara bürünmüşSakit şimal axşamıBaşqa bir şair qızınOlmuş könül ilhamı...Sarısaçlı, göygözlüBir şairə – rus qızı,Şux ahəngli şeriləOxşayır ruhumuzu.Onun şeri səlisdir,Qüssəli deyil səsi.Böyük, igid bir xalqınNəfəsidir, nəfəsi...Öz şerilə çağırırO, sülhü qorumağa,O, sülh üçün qaldırırAnaları ayağa.Bir şair də bu ara,Koreyaya od vurub,Yandıran cəlladlaraNifrət sözüylə qalxır –Gözündə şimşək çaxır.O qalxır bir təmkinlə,Gözlərində qəzəblə,Ürəyində bir kinlə:– Son qoyulsun bu haqsız
Ölümlərə, qanlara!Bir millətin başındaGurlayan tufanlara.Axmasın körpələrinYanağına göz yaşı...Onun odlu sözləriƏridir dağı-daşı.O atəşli şairinŞeri gücdür, qüvvətdir,Hər misrası poladdır,Qaynar, coşqun həyatdır!Mən bu gecə çıxmıramŞairlər kürsüsünə,Dal cərgədə oturub,Yalnız qulaq asıram.Bu gecənin şeriniƏzbər deyib ürəkdə,Sakit-sakitKönlümün varağına yazıram!
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-natevan-klubunda-edebi-gece
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Çığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
QəhvəGörək nə nüsxədi yaran, yüzü qara qəhvə,Nə çox qara yüzü ağ eyləyib qara qəhvə,
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,