Nərgiz gülü
Mən dağlardan nərgiz gülü gətirdim,Şaxta vurdu nərgizlərim dondular.Yuvasından ayrı düşən quş kimiHəzin-həzin sinəm üstə qondular.
Ürəyimdə nə hərarət vardısa,Mən bu solan çiçəklərə bağladım.Şaxta vurub nərgizlərim donandaMən dözmədim, sakit-sakit ağladım.
Hər dərdimi dərin-dərin gizlədim,Gizlin dərdim gözlərimdən oxundu:Nadan gördüm, sərt nəfəsi şaxtatəkÜrəyimin nərgizinə toxundu.
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-nergiz-gulu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ah, kim dövrani-kəcrov halımı zar eylədi
Ah, kim dövrani-kəcrov halımı zar eylədi,Dil pərişan, didə pürxun, sinə əfgar eylədi.
افسر سر گرمی مهر از فروغ جام اوستخرده انجم سپند روی آتش فام اوست
QaldıQərib bağban idim, çox çəkdim cəfa,Dərilməmiş güli-bostanım qaldı.
UşaqlarUşaqlar istərsə seyri-gülüstan,Nə lazım onlara bağ ilə bostan.