Oğluma
Şandor Petefi
Verin oğlumu mənə, atəşlə, hərarətləİstəyirəm onu mən alam, bağrıma basam.Elə bil ürəyimdən bir pöhrə qalxmış təzə,Elə bil ki, yenidən doğmuşdur məni anam.
Salamlayıram səni, mənim zərif budağım,Ah, nə qədər əzizsən, nə şirinsən, a körpəm.Sən yanıqlı ağlayıb, qəzəblə qışqıranda,Sənin bu bağırtına qarışır şirin nəğməm.
Ürəyim nə qədər, bax, sevinir səadətlə,Baxıram gül üzünə, baxıram məhəbbətlə.Səni suya çəkməyə özgə su lazım deyil,Mən sevinc yaşlarıyla isladıram səni, bil.
Mən bir münəccim kimi qiymətli ulduzumunKeşiyində durmuşam, onu qoymaram gözdən.Baxıram üzündəki cizgilərə, baxıram.Bilirəm gələcəkdə sən nələr görəcəksən.
Nurlu ulduz göylərdən işıq saçır yerlərə,Ətirli çiçəklərə nur saçır zaman-zaman.Soyuq nəfəsli qırov bircə düşməsin tezdənO zərif çiçəkləri tələf etməsin, aman.
Dayan, ölüm, oğlumu aparmağa tələsmə,O ki mənim yanımda oturub qalmayacaq.Ona yaxın düşmə, gəl, onun yolunu kəsmə,Hazırlayıram onu vətən üçün mən ancaq!..
Baş əyib qocalığa, edib ona itaət,Döyüş sıralarından çıxıb getdiyim zaman,Bilirəm ki, yerimdə qalxıb oğlum duracaq.O daha da hünərli olacaq atasından.
Qoy qəbrimin üstündə söyləsinlər gələnlərOnun cansız vücudu burda torpaqda yatır.İgid qəhrəman oğlu yaşayır iftixarla,Onun bariz ruhunu ürəyində yaşadır.
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-ogluma
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bəzən əsla umulmayan yerdən,Nə qədər bəxtiyar olur insan!
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Canə etdim dərdi-dil zəbtindən, ey dildar, eşit!Canə etdim dərdi-dil zəbtindən, ey dildar, eşit!Əndəlibin sərgüzəştin, ey güli-bixar, eşit!