Çaldı yenə qəlbimi bir gözəlin gözləri,Tərk eləyir canımı ruhum - onun şəhpəri.

Gül dodağın gülməsi balmı qatar qaymağa,Püstən utandırmada şərbət ilə şəkkəri.

Kirpiyini bir də çal, qəşş eləsin qoy mələk,Zülfünü at çiyninə, nalə qoparsın pəri.

Pozdu telin islamın rövnəqini, ey gözəl,Sən var ikən yox lüzum biz qınayaq kafəri.

Ah, belə bir hüsn ilə çıxsan, inan, çöllərə,Gün vurular hüsnünə, Ay da olar müştəri.

Ağlımı başdan edib açma o zəncirləri,Çin-çin edib zülfünü saçma ətir-ənbəri.

Versə ləbin azca mey, nalə çəkər çəngü-ney,Ruhum olar meypərəst, gözlər - onun sağəri.

Ah, o cəmalınla sən, lütf cəlalınla sən,Könlüm olar bəxtəvər, bir dəfə baxsan bəri.

Məqtə — şairin təxəllüsü olan son beyt. Hicrin ilə xəstədir bəndə Nizamin sənin,Əmrinə hazır durub, şad elə bir çakəri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq