Amerika rəisi — cümhuri Kuliç tərk-silahə aid nitqində söyləmişdir ki, mən tamamilə tərki-silahə tərəfdar olmayıb, təhdidi-silahə tərəfdar deyiləm.

Hərbçu olsam da mən sülhə tərəfdarəm hənuz
Tərki-təslihatı sevməm, çünkü xunxarəm hənuz.

Hərb edən olmazsa düşməz ölkələrdə bir nifaq
Müttəfiqlər dinçəlirsə qalmaz əski «ittifaq»
Ölkələr çənkalıma düşməkdə hər gün bir sayaq
Gündə bir İrandan, Albandan tələbkarəm hənuz,
Tərki-təslihatı sevməm çünkü xunxarəm hənuz.

Müttəfiqlərdən yoxumdur qorxu halətdən düşüb
İngilislər nemsdən bədtər rəqabətdən düşüb
Şərqi-əqsada yaponlar lap ki, qeyrətdən düşüb
Mənsə altunlarla dünyamızda qəhharəm hənuz
Tərki-təslihətə bənd olsam da xunxarəm hənuz.

Qarşıma olmaz çıxan tərki-silah etsəm də mən
Qalmamış zira ki, sönmüş Qərbdə baş tərpədən
Cümləsi borclu, acından qalmamış çıngır çəkən
Onları bundan da bədtər soymağa varəm hənuz
Tərki-təslihətə bənd olsam da xunxarəm hənuz.

Ortada ancaq ki, məncə az silah olsun gərək,
Fürsət olduqca yenə bir hərb tə’sis eyləyək,
Qərbi qan boğsun, qırılsın xalq, biz amin deyək,
Aləmi-insana ədlimlə pərastarəm hənuz,
Hərbçu olsam da sülhə mən tərəfdarəm hənuz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Canavarsan, canavar!

Hitler öz casuslarını Sovetlər İttifaqına göndərdiyi zaman onlara faşistlərin yaxşı, ədalətli adamlar olduğunu, işğal etdikləri ölkələrdə əhali ilə yaxşı rəftar etdiklərini və ərzağın bol olması şayiələrini yaymaq üçün təlimat verirdi.*Həvəsin var toxu hər tin başı minlərcə yalan,

19411 dəq
Tazə təbabət

Faşist Almaniyasında çıxan bir tibbi məcmuədə yazılır ki, «slavyan irqinə ət zərərdir».*Başqa nəzərlə baxmayın başladığım bu qarətə,

19411 dəq
600 ayı balası

Nikolay hökuməti vaxtında Maarif nazirliyinin maliyyə şö’bəsində qəribə bir kağız tapılmışdı. Hətta o vaxt çar mətbuatı da bu iş ilə artıq maraqlanmışdı; qəzetə müxbirləri maarif nəzarəti ətrafında toplanırdı. Təəssüf olsun ki, təb olunmasına ixtiyar verilmirdi.Dəftərxana müdiri məktəblərin haqq-hesabını nəzərdən keçirdiyi vaxt Gəncə kimnaziyasının məsarif cədvəlinə rast gəlmişdi. Cədvəldə min cürə məsariflər göstərildikdən sonra yazılmışdı ki, «kimziyanın ehtiyacına sərf olunmaq üçün 600 ayı balası alınmışdır».

6 dəq
Qırx dənə baqqal

Bundan irəli müsəlmanların «yaxşı» oxumuş adamları ya naçalnikin, ya da ki, pristavların yanında dilmanc olurdular. Çünki o vaxt oxumuş adam az olduğundan qanacaqlı dilmanclar da az-az tapılardı, və bu sənət çox da qazanclı olduğundan müsəlmanların bu işə həvəsi çox idi. Hətta bir çoxları dilmanc olmağı pristavlıqdan, naçalniklikdən artıq bilirdilər, çünki naçalnik ilə xalqın arasında olan gizli sirlərin hamısı bu dilmancların əlində olurdu.Hərkah birisi naçalniki və ya pristavı özündən razı salmaq istəyəydi, gərək qabaqca dilmancın evinə gedəydi.

6 dəq

Başqa şairlərin şeirləri · Satira